17 Dekabr 2017
Bazar günü

Meyxana, yoxsa narkotika reklamı? - "Ürəyim sıxılır, sıxılır"

28.10.2016 12:30

Bahadur Qobustan

Meyxana  deyiləndə ağla gələn ilk iki-üç nəfərdən biri də Aydın Xırdalanlıdı. Həm də Aydın ən çox narkotik maddə  qəbul edən meyxanaçı kimi də məhşurdur. Bu yaxınlarda  onun bir  müsahibəsini oxudum. Aydının dediyi bu cümlə  xüsusilə diqqətimi çəkdi; “Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar”.

Bəlkə də, hansı meyxanaçını danışdırsan,  bu sözləri deyər, məsləhət edər ki, narotika pis şeydi, çəkməyin, falan...

 Amma bu gün, insanların bəzən məcbur qalıb, bəzən isə  qulağına xoş gəldiyi üçün dinlədiyi - narkotikanı reklam edən yüzlərlə meyxanalar var.

Məcbur qalıb ona görə deyirəm ki, şəxən mən hər gün işə gələndə mindiyim "manatlıq taksi"lərin əsas repertuarı belə “mahnılar”dan ibarətdir. Hətta arxa oturacaqda oturan qaqaşlardan biri,  “xodunu qaldır” deyə müraciət etdisə, vay sənin yarım saatına!

Yutub  sosial şəbkəsində olan belə meyxanaların dinlənmə sayı isə  milyonlarladır. Əsasən gənclər belə meyxanaları dinləyir. Ürək ağrıdan hal isə odur ki, belə meyxanalara yazılan şərhlərin çoxu, “super", "əla", "qəşəng", "bomba", "yeri var” kimi təriflərdən ibarətdir.

Elə hər gün mənim qulağımı dəng edən “Ürəyim sıxılır, sıxılır” meyxanasını "Youtube"da axtardım.  Bir neçə yüklənməsini tapdım.  Videonun birində 600 000 baxış var idi. Digərləri də ondan geri qalmırdı. Ümümilikdə 2 milyondan çox baxılıb.

Deyək ki, bu meyxananı deyənlər tanınmamış və nisbətən gəncdir. Məsələn, Aydın Xırdalanlı, Rəşad Dağlı, Ağamirzə, Kərim və Ələkbərin dediyi “Çək nəşəni, qoy, tüstüsü dağlara yayılsın”  meyxanasını dinləyəndə adamda elə bir təəssürat yaranır ki, meyxana deyənlərlə narkotika istehsalçılarının arasında reklam müqaviləsi mövucuddur.

Qəribə olan odur ki, belə meyxanaçılar narkotikanı pisləmək əvəzinə tərifləyir, bunun insana “kayf” verdiyini dönə-dönə vurğulayırlar. 

Belə meyxanaları dinləyənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir.  Və milyonlarladır.

Problem aydındır, bəllidir və məlumdur.  Baş Narkotiklərlə Mübarizə İdarəsi də yəqin ki, bu barədə öz tədbirlərini görməkdədir.

Ancaq, amma və lakin belə meyxanalar getdikcə artır, çoxlalır, yayılır...

Meyxanalardakı pis hallar təkcə narkotika ilə də  bitmir, içkini və pozğunluğu tərənnüm edən yüzlərlə meyxanalar da mövcuddur. Buna bir əlac varmı, görəsən... Cəmiyyəti  uçruma aparan bir haldır.

Şey demişkən, məndən demək...

Bu meyxanaları və gənclərin belə meyxanalra “super” deməsini düşündükcə, elə o məşhur meyxanada deyildiyi kimi, “Əfqaniski şey cəhənnəm”, ürəyim sıxılır, sıxılır...

Bahadur Qobustan / ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Yazarın digər yazıları

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ