ritn
ritn
ritn
24 Mart 2017
Cümə

Onu həyatındakı bütün kişilər aldatmışdı...

14:30

Oral Mədənçi

“Həyat çox şirindir, Bahar! Ondan üz döndərmə. Ləyaqətli insanlar həyatın enişli-yoxuşlu yollarında büdrəsələr də, ruhdan düşmürlər. Sən də onlardan ol, ruhdan düşmə. Ramiz səni axtarıb tapacaq, buna inan...”.

Uzaqlara gedən Qatarın pəncərəsindən kədərli gözlərini ümidsizliyə zilləmiş Bahar və ömrün bütün səhvləri cümlə-cümlə yazılmış dəftərçə. Bax, belə başlayırdı "Baharın hekayəsi"... 

**

Onun hekayəsinin harada başladığını bilmirəm. Yaşadığı kiçik hekayə qırıqlarının bəlkə də başlanğıcı yoxdu heç. Bildiyim odur ki, adı Bahar idi. Bahar kimi gözləri, ürəyi vardı. Amma taleyi soyuq qış günü tək üşüdürdü adamı... 

**

Məktəb vaxtı oxuduğum Hüseyin İbrahimovun "Baharın hekayəsi" povestindəki Baharı illər sonra həyatda görmək heç ağlıma da gəməzdi.  Əsərdəki Bahar canlanmışdı sanki.  Sadəcə bir fərqlə, bu dəfə Baharı Səlim yox, həyatındakı bütün kişilər aldatmışdı.  Atası, sevdiyi oğlan, ailə qurduğu həyat yoldaşı, dünyaya gəlməyən oğlu...

**

Hadisələr bu cür başladı. Günlərin birində kimsə “Facebook” hesabıma dayanmadan başına gələn hadisləri yazırdı. Yazdıqları insanın qanını dondururdu. O, yazır, mən isə səbrlə oxuyurdum. Yazıb bitirdikdən sonra sual verdim:

- Xanım, bütün bunların mənə nə dəxli var, niyə yazdınız?

Onun cavabı:

- Hərdən insan ağlına gələn bir nömrə yığıb, telefonun o başındakı tanımadığı adama hər şeyi danışmaq istəyir. Narahat etdimsə bağışlayın!

“Narahat etmədiniz, amma kədərli idi”- deyə cavab verdim. Bax belə, hər şey beləcə başladı...

Artıq Baharlar gözəl dostluğumuz yaranmışdı. Onunla saatlarla yazışır, telefonla danışırdıq. Zamanımız olduqda isə görüşüb, dərdləşərdik. Xatırlayıram, yazdığı şeirləri ilk mənə oxuyardı.

**

Həyatdakı bütün xoşbəxtliklər onun yanından ötüb keçmişdi. Uzun illər idi atasını görmürdü. Amma elə qürurla danışırdı ki. Sanki indi qapı açılacaq, balaca qızcığaz atasının boynuna sarılacaqmış kimi hisslər bağışlayırdı mənə. Amma nə qapı açılırdı, nə atası gəlirdi...

“Mən sərxoş olanda yada düşənəm”

Mən sərxoş olanda yada düşənəm.
Ağlına saçlarım gələr yanarsan
Bir qoxu duyarsan, yasəmən, ya mən
Baxarsan güzgüyə, dəli olarsan,
Ay allah, görəsən ya sənəm, ya mən?!
Sən eşqə inanma, sən aşiq olma,
Meyl etmə bahara, qışa, payıza.
Sən nəğmələr söylə, sən şeirlər yaz,
Hələ yelləncəkdə yellənən qıza.
Burax saclarımı, o yol, o da sən,
Saçım yollarına dönür, qarışır.
Gedənlər həmişə bircə söz deyib:
"Qısa saç üzünə yaman yaraşır"
Get mən də saçımdan çıxım heyfimi,
Qaraya boyadım, ucunu kəsim...
Ehh, uzun saçın da ayrı dərdi var,
Belə oğlan-fason bəsimdi, bəsim...

Bahar (C)

**

Sərxoş olanda təkrar-təkrar bu şeiri deyib, sevgisindən, sevgilisindən danışardı. Deyirdi:

“Vecimə deyil, o narkomanı dəli kimi sevirəm, son nəfəsimə kimi də sevəcəm! Kaş ki anam evlənməyimizə imkan verəydi...”.

Astaca gözünün yaşını silib, bu dəfə ayrıldığı həyat yoldaşından danışıb, doyunca gülərdi:

“Bircə uşaq doğa bilmədim, boşadı köpək oğlu məni”.

**

Günlərin birində atası onu axtarıb tapdı. Lap filimlərdəki kimi, yaşlı qoca ölüm ayağında qızını görmək istəyirdi. Bahar isə çarəsiz idi. Bir tərəfdə illərlə həsrətini çəkdiyi, nifrət etsə də, boynuna sarılıb ağlamaq istədiyi atası, digər tərəfdə isə anasının görüş qadağası. Baharı anasından gizli atası ilə görüşməyə razı saldım. Həyatımda ilk dəfə idi belə bir mənzərənin şahidi olurdum. Atasının bəlkə də son nəfəsini verəcəyi xəstəxana palatasına yaxınlaşdıqca, o uşaq kimi ağlaya-ağlaya yalvarırdı – “İstəmirəm, istəmirəm, qayıdaq”.  Amma  nifrətini yenə bilmədi, geri qayıtdı.

**

Bu, Baharla sonuncu görüşümüz oldu. O hadisədən sonra əlaqəmiz kəsildi. Bahar 2 gün sonra anası ilə rayona köçdü. Bir müddət sonra isə nömrəsinə zəng çatmadı. “Facebook”da da yoxa çıxdı. Düz 1 il sonra xəbər aldım ki, O, ağır xəstəliyə tutulub və....

Kədərlidir!

Baharın hekayəsindən geriyə sadəcə yazdığı şeirlər qaldı, bir də üzündəki kədər...


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
22.11.2016 14:30
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ