ritn
ritn
ritn
20 Oktyabr 2017
Cümə

ATV-də möhtəşəm sərgi - Dördüncü təqdimatda Adil Əsədli - Səs ver - FOTOLAR

15:11

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının inzibati binasında “ATV Qalereya”nın dördüncü sərgisinin açılış mərasimi keçirilib.

Bu dəfə istedadlı rəssam Adil Əsədlinin bir-birindən dəyərli rəsm əsərləri nümayiş etdirilib.

Respublikanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri, çoxsaylı media təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə “ATV Qalereya”nın koordinatoru, xalq rəssamı Arif Hüseynov açıb. O, bu gün əsərləri nümayiş olunan rəssam Adil Əsədlinin yaradıcılığının zənginliyindən danışıb:

“Bu dəfə biz qərar verdik ki, regionlarla yaşayan mədəniyyəti üzə çıxaraq. Bu səbəblə “ATV Qalereya”nın dördüncü sərgisini Adil Əsədlinin əsərlərinə həsr etdik”.

Daha sonra qonaqları salamlayan Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlı bu tədbirlərin davam etdiriləcəyini bildirib:

“Bu, “ATV Qalereya”nın növbəti təqdimat mərasimidir. Biz bu tədbirləri davam etdirəcəyik. Növbəti görüşlərədək”.

“Azad Azərbaycan” Teleradio şirkətinin Bədii Şurasının sədri, “ATV Qalereya” layihəsinin rəhbəri Etibar Babayev bu layihənin özü çox maraqlı olduğunu bildirib:

“Televiziya məkanında bir yenilikdir. ATV-də belə bir layihənin keçirilməsi özü də çox əlamətdardir, gözləniləndir. Çünki ATV bir çox birincilikləri ilə seçilən kanaldır. Xüsusilə son illər yaradıcılıq baxımından Azərbaycanın ən sayılıb-seçilən kanalı olub. “ATV Qalereya”nın yaranması ideyası da özü-özünü doğrultduğunu bir neçə ay ərzində sübut etdi. Ilk sərgimiz də tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Artıq 4-cü sərgimizdir. Bu sərgi Azərbaycanın regionlarından olan bir rəssamın əsərlərindən ibarətdir. Respublikada regionların iqtisadi inkişafına prezident İlham Əliyev xüsusi diqqət ayırır. Azərbaycanın bölgələrində mənzərə elə dəyişib ki, artıq o kənd anlayışı yoxdur. Artıq bölgələrimizdə şəhər infrastrukturu yaradılıb. Bu infrastrukturu təkcə binalar, işıqlar, parklar yaratmır, eyni zamanda insanlar da yaratmalıdır. Bugünkü sərgidə Adil Əsədlinin iki janrda olan əsərləri nümayiş olunur – qrafika və yağlı boya ilə işlənən əsərlər. Onun qrafika əsərləri xüsusilə fərqlənir.  Hər bir əsərdə rəssamın öz dünyagörüşü əksini tapır. Ona görə də insanlar maraqla baxır və öz zövqünə uyğun məna görür. Rəssam o vaxt xoşbəxt olur ki, onun əsərlərini duyurlar”.

Sonra çıxış edən Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli Lənkəran şəhər rəhbərliyinin adından ATV kanalına dərin təşəkkürünü bildirib:

“Belə bir dəyərli rəssamın “ATV Qalereya”da sərgisini təşkil etdikləri üçün kanalın rəhbərliyinə təşəkkür edirəm. Sənət adamlarının işlərinə dəstək verdikləri üçün, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirik. Adil müəllim tək Lənkəranda deyil, bütün Azərbaycanda tanınan bir rəssamdır. Onun əsərləri Lənkəranda daim nümayiş etdirilir. Adil müəllimin bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm”.

Sənətşünas Ziyadxan Əliyev də çıxışında bildirdi ki, Adil Əsədlini çoxlarından yaxşı tanıyır:

“Adil mənim tələbəm olub. Sonra bu tələbə-müəllim münasibəti dostluğa çevrilib. Onun sərgisinin təşkil olunmasından məmnunluq duyuram. Adil Əsədlinin əsərlərini rəssamlığa böyük bir töhfə kimi qəbul etmək olar. "ATV Qalereya" çox gözəl ənənələrlə başlayıb. Arzu edirəm ki, bu layihə gözəl imzalarla uzun müddət davam etdirilsin”.

“İki sahil” qəzetinin baş redaktoru, Bakı Slavyan Universitetinin dosenti Vüqar Rəhimzadə təşkil olunan sərginin Azərbaycan incəsənətinə verilən yüksək qiymətin nümunəsi olduğunu bildirib:

“Birinci dəfədir ki, televiziya şirkətlərinin birində belə bir layihənin gerçəkləşməsinin şahidi oluram. Rəsm sənətinin zənginləşməsi baxımından “ATV Qalereya” böyük, önəmli və nümunəvi bir addımdır. Bu, sənətkara verilən yüksək qiymətin nümunəsidir. Bu layihə sənətkarlar üçün böyük bir meydan verir.

Sərgi digər iştirakçılar kimi məndə də xoş təəssüratlar yaratdı. Hesab edirəm, bu cür rəsm əsərlərinin ərsəyə gəlməsində günlər, aylar deyil, illər həsr olunub. Arzu edirəm ki, Adil Əsədli bundan sonrakı yaradıcılığında daim belə gözəl əsərlərlə insanların görüşünə gəlsin. Düşünürəm ki, bu, belə də olacaq”.

Rəssam İlham Səfərli sərgi barəsində fikirlərini bölüşdü:

“Çox gözəl əsərlərdir. Burada həm rəngkarlıq, həm yağlı boya ilə olan əsərlər var. Rəssamı təbrik edirəm”.

Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli təşkil olunan sərginin formatının çox gözəl olduğunu bildirib:

“Ona görə ki, elə sahələr var indi çox təbliğ olunmur, eləcə də rəssamlıq. Əvvəllər televiziyalarda daha çox rəsm əsərlərini çəkib göstərirdilər, təbliğ edirdilər, rəssamlar haqqında sujetlər verirdilər. İndi bu cür maariflənmə çox yoxdur. “ATV Qalereya”nın bütün sərgilərində iştirak etmişəm. Hər rəssamın özünəməxsusluğu var. Bu dəfə bölgədə yaşayan, fəaliyyət göstərən rəssamın sərgisi nümayiş olunur. Adil Əsədli tanıdığım, işlərini izlədiyim rəssamlardandır. Birincisi bu rəssamın işləmə texnikası mənə maraqlıdır, rənglərlə çox gözəl işləyir. Hərdən bunun bir ciddi fırtınası olur, yəni, məsələn, cizgiləri elə maraqlı formada işləyir ki, dərhal baxan adamı cəlb edir. Mövzunu gözəl rənglərlə çatdıra bilir. Rəssam üçün çox önəmlidir ki, əsərinə baxanda biləsən ki, burada nə baş verir. Adil Əsədlinin sərgisinin önəmi odur ki, biz burada Azərbaycanın, torpağın rənglərini, çalarları görə bilirik. Bir də bu əsərlərin mifoloji sujetləri var, bu isə istər-istəməz bizi nağıllar aləminə, folklora, mifologiyaya aparır. Bu, çox vacibdir. “ATV Qalereya”da rəssamın bu cür çoxşaxəli yaradıcılığının nümayişinin özü də rəngarəngdir. Mən ATV-yə, təşkilatçılara çox sağ ol deyirəm. Hesab edirəm ki, bu ənənənin davam etməsi ATV-nin Azərbaycan mədəniyyətinə çox ciddi xidmətlərindən biridir”.

Teatrşünas alim Vidadi Qafarov sərgi barəsində müsbət fikirlərini bölüşüb:

“Bu sərginin təşkili çox maraqlı ideyadır, ATV-nin həyata keçirdiyi çox maraqlı layihədir. Buna görə ATV-nin rəhbərliyinə böyüş alqışlar düşür. Budəfəki seçimin özü də çox maraqlıdır. O mənada ki, əvvəlki 3 sərgidən fərqli olaraq, bu dəfə regionda yaşayan rəssamın əsərləri nümayiş olunur. Adil Əsədli bölgədə yaşamağına baxmayaraq, onun bir çox əsərləri Azərbaycan hüdudlarından kənarda da sərgilənir. Bu rəssamın rəng dünyası çox maraqlıdır, çoxçalarlı rənglərdən istifadə edir, üslub cəhətdən, dərinliyi cəhətdən çox fərqlənir. Adil müəllim həm də yaradıcı insan kimi çox intellektual və mütaliəyə meyllidir. Daima axtarışdadır, sənətkar üçün də bu, çox vacibdir. Bu, onun əsərlərində də özünü büruzə verir. Əsərlərinin heç biri digərini təkrarlamır.  Məsələn, iki tabloda eyni rənglərdən istifadə edə bilir, amma bir-birindən çox fərqlidir. Rənglərdən gözəl istifadə etməyi bacarır. Adil müəllimin hiqəqətən də alqışa layiq əsərləri var”.

“ATV Qalereya”nın koordinatoru, xalq rəssamı Arif Hüseynov təşkil olunan dördüncü sərgi ilə bağlı müsbət fikirlər səsləndirib:

“Bu gün “ATV Qalereya”sında növbəti sərgidir. Bilirsiz ki, burda artıq bir ənənə yaratmışıq ki, hər ayda bir rəssamın sərgisi açılır. Bu, artıq dördüncü sərgidir. Və bu sərgi əvvəlkilərdən bir az fərqlənir. Əvvəla bu sənətkar Lənkəran bölgəsində yaşayır, orada yaradır. Bizim üçün çox maraqlıdır ki, bölgələrdə çalışan rəssamlar çox vaxt əyalətlilik təsiri altında olurlar. İnformasiyası, rəssamlığı bəzən az olur. Adil müəllimin əsərləri çox yüksək, hətta Avropa, dünya səviyyəsindədir. Mən bir qrafik kimi, onun qrafik əsərlərini çox yüksək qiymətləndirirəm. İlk mənim təşəbbüsüm olub ki, Lənkərandan olan belə bir rəssamı bütün Azərbaycana tanıdaq, bu çox vacibdir. Adilin işlərində qrafikaya baxırsan, elə bilirsən Fransa, Almaniya, Avropa qrafikinin əsərləridir. Düşünürəm ki, “ATV Qalereya” onun üçün çox düşərli olacaq və buradan da dünyaya açılacaq. Lənkəranda onun əsərlərindən ibarət sərgi açdıq. Sonra dedim Adil sən, irəliləməlisən. “ATV Qalereya” ənənəsini davam etdiririk, digər bölgələrimizdə də baxacıyıq ki, maraqlı rəssamlar olanda əsərlərini gətirək bura”.

Azərbaycanlı rəssam, modelyer Fəxriyyə Xələfova bu gün təşkil olunan sərgini çox bəyəndiyini bildirib:

“Sərgisi olan insanlar o deməkdir ki, onlar artıq yaradıcılıqda öz sözlərini deyiblər. Bu gün təşkil olunan əsərləri çox bəyəndim. Çünki hər rəsmdə milli çalarlar, milli əhvali-ruhiyyə hiss olunur. Rəssamın əsərlərində qadın obrazları çox gözəl təsvir olunub. Burada milli geyimlər, çalarlar, atributlar çox gözəl təsvir olunub. Məncə bu sərgi bütün yaş qruplarına maraqlı olacaq”.

Bu gün sərgisi təşkil olunan rəssam Adil Əsədli öz sərgisi haqqında müsbət fikirlərini bölüşüb:

“Bu, mənim ilk sərgim deyil. Amma “ATV Qalereya”dakı sərginin xüsusi önəmi var, çünki bölgədəki rəssamlar içərisində ilk mənim əsərlərim nümayiş olunur. Sərgidə 50 əsərim nümayiş olunur ki, bunlar da qrafika və rəngkarlıq əsərləridir. Bu qrafik əsərlər Azərbaycanın qrafik məkanında yeni izdir. Çalışmışam ki, insanı düşündürən əsərlər yaradım. Yəni əsərə baxan insan düşünməlidir ki, burda rəssam nə deyir. Düşünürəm ki, əsərlərim insanların xoşuna gələcək”.

Əminik ki, istedadlı rəssam Adil Əsədlinin “ATV Qalereya”da keçirilən fərdi sərgisi rəssamın yaradıcılığında mühüm mərhələ olacaq.

ATV.az sizə Lənkəran şəhərində doğulub, boya-başa çatan, indi də orada yaşayan istedadlı rəssam Adil Əsədlinin əsərlərini təqdim edir:

Xəyalə Coşqun

Günay Məryəm

FOTOLAR: Səfiyar Məcnun

 

587
Səs ver:
1
2
3
4
5
6
7
8
9
10
681
Səs ver:
1
2
3
4
5
6
7
8
9
10
658
Səs ver:
1
2
3
4
5
6
7
8
9
10
631
Səs ver:
1
2
3
4
5
6
7
8
9
10
631
Səs ver:
1
2
3
4
5
6
7
8
9
10

Bu xəbərləri də oxu

Rus modelin yalanı məlum oldu - Onun da bədəni təbii deyil - FOTOLAR

Mehriban Xanlarova üçün - "Maşın" əldən getdi

Qaçqın düşərgəsindən Hollivud səhnələrinə... - FOTOLAR

Oxunma sayı:
19.04.2016 15:11
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ