ritn
ritn
ritn
20 Oktyabr 2017
Cümə

Xüsusi hərəkət zolaqları təşkil ediləcək - Sərnişin avtobusları

16:14

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

BNA-nın mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib.

İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

Rus modelin yalanı məlum oldu - Onun da bədəni təbii deyil - FOTOLAR

Mehriban Xanlarova üçün - "Maşın" əldən getdi

Qaçqın düşərgəsindən Hollivud səhnələrinə... - FOTOLAR

Oxunma sayı:
05.01.2017 16:14
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ