17 Dekabr 2017
Bazar günü

Ötən il bu azərbaycanlı məşhurları itirdik - SİYAHI / FOTO

01.01.2017 15:22

Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişdi.

Xalq artisti, bəstəkar Musa Mirzəyev yanvarın 29-da, 89 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvi, Biologiya Elmləri doktoru, Akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra yanvarın 31-də, 87 yaşında vəfat etdi.

 Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı Vaqif Məmmədov fevralın 6-da, 67 yaşında dünyasını dəyişdi.

Yazıçı, tənqidçi, publisist Gülrux Əlibəyli fevralın 15-də, 88 yaşında Bakı şəhərində vəfat etdi.

Xalq artisti İlhamə Quliyeva  fevralın 25-də, 72 yaşında ürək çatışmazlığından qəfildən dünyasını dəyişdi.

Uzun illər ürək-damar xəstəliyindən əziyyət çəkən aktyor-rejissor Arif Qasımov martın 7-də 66 yaşında dünyasını dəyişdi 

Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Fikrət Əliyev martın 8-i, 73 yaşında vəfat etdi.

Yazıçı, kinodramaturq, kinorejissor Maqsud İbrahimbəyov martın 22-i, 81 yaşında dünyasını dəyişdi. 

 "Şərəf" ordenli aşıq Məhəmməd Sadaxlı martın 25-i, 85 yaşında dünyasını dəyişdi. 

Professor,  iqtisad elmlər doktoru Fərman Qasımov martın 27-si, 77 yaşında dünyasını dəyişib. 

Filologiya elmləri doktoru, professor İmamverdi Əbilov aprelin 9-u, 89 yaşında dünyasını dəyişdi. 

 

Professor, "Şöhrət" ordeni ilə təltif edilmiş Əli Əliyev aprelin 23-ü, 82 yaşında dünyasını dəyişdi. 

Xalq şairi Söhrab Tahir mayın 4-ü, 89 yaşında vəfat etdi.

Azərbaycan Dövlət Televiziya və Radio verlişləri Qapalı Səhmdar cəmiyyətinin (AZTV) 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iyunun 25-i, iş başında dünyasını dəyişdi.

"Lider"televiziyasının əməkdaşı, jurnalist İlqar Qulusoy iyulun 9-u, futbol oynadığı zaman 36 yaşında qəfildən dünyasını dəyişdi.

Məşhur kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) avqustun 18-i, 41 yaşında Türkiyədə sui-qəsd nəticəsində öldürüldü. 

Bəstəkar Oqtay Zülfüqarov avqustun 31-i, 87 yaşında uzun sürən xəstəlikdən sonra ömrünü başa vurdu. 

Məşhur rejissor Ələkbər Kazımovski sentyabrın 19-da əməkdar artist Nahidə Orucovanın 55 illik yubileyi münasibəti ilə təşkil olunmuş məclisdə ürək tutmasından dünyasını dəyişdi. 

"Şeron" qrupunun musiqiçisi Azər Qafarov noyabrın 10-u, qəfildən dünyasını dəyişdi.

 Yazıçı Fikrət Sadıq noyabrın 16-ı, 86 yaşında Bakıda dünyasını dəyişdi.

Xalq artisti Nəriman Əzimov noyabrın 19-u, 80 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov noyabrın 30-u, 69 yaşında dünyasını dəyişdi.

Akademik Nizami Süleymanov dekabrın 2-i, 66 yaşında qəfildən halı pisləşərək dünyasını dəyişdi.

İctimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal dekabrın 4-də, 69 yaşında onkoloji xəstəlikdən sonra dünyasını dəyişdi.

Tanınmış rəssam İsmayıl Məmmədov dekabrın 12-i, 68 yaşında dünyasının dəyişdi.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kuka Teatrının keçmiş direktoru Hüseyn Əhmədov dekabrın 10-da dünyasını dəyişdi.. 

Xalq artisti Muxtar Maniyev uzun sürən xəstəlikdən sonra dekabrın 22-si, 81 yaşında dünyasını dəyişdi.

Tanınmış yazıçı və tərcüməçi İlyas Tapdıq dekabrın 25-i, 82 yaşında vəfat etdi

Xalq artisti Ağaxan Abhdullayev dekabrın 26-sı, 66 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Tanınmış şair, bir çox hit mahnıların sözlərinin müəllifi Sərvər Şahvəlli dekabrın 27-si, 54 yaşında  qaraciyər xəstəlikdən dünyasını dəyişdi. 

Ülviyyə Nurəddinova / ATV.az 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ