ritn
ritn
ritn
28 Mart 2017
Çərşənbə axşamı

Bu gün Əzizə Cəfərzadənin doğum günüdür - FOTOLAR

11:18

Bu gün yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin doğum günüdür. O, 1921-ci il dekabrın 29-da  Bakıda anadan olub.

ATV.az xəbər verir ki. O, ibtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub,1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. C.Cabbarlı adına "Azərbaycanfilm" kino studiyasında və digər vəzifələrdə çalışıb.

Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, sonra "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib.

O, əsasən tarixi roman janrında yazıb.  "Natəvan haqqında hekayələr", "Aləmdə səsim var mənim", "Vətənə qayıt" ,"Yad et məni","Bakı-1501" , "Cəlaliyyə" , "Sabir", "Eldən elə" , "Bir səsin faciəsi" "Gülüstan"dan öncə", "Zərrintac-Tahirə", "İşığa doğru" ,"Bəla" , "Rübabə-sultanım" , "Xəzərin göz yaşları", "Eşq Sultanı" və digər kitabları oxuculara yaxşı tanışdır.

Ömrünün 82-ci ilində dünyasını dəyişmiş yazıçı öz vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşlarının uyuduqları məzarlıqda dəfn edilib.

ATV.az

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
29.12.2016 11:18
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ