ritn
ritn
ritn
19 Avqust 2017
Şənbə

Bu il ailə qurmaq istəyən subay qızlar - Bu xəbəri oxuyun!

23:16

Yeni il dünyada ən əhəmiyyətli bayramlardan biridir.

ATV.az xəbər verir ki, bir çox ölkələrdə bu bayramı fərqli və maraqlı etməyə çalışırlar. Yeni il ağacları, Şaxta baba, bəzəklər, qırmızı şapkalar və daha nələr...  Həm də Yeni il şansın, xoşbəxtliyin başlanğıcını qeyd etməkdir və eyni zamanda dərdlərin çətinliklərin geridə qalmasıdır. İli necə qarşılayarsan, elə də ilin keçər inancı çox məşhurdur. Buna görə də Yeni ili ailə mühitində, sevdiklərimizlə və yaxınlarımızla bir yerdə qeyd etmək daha məqsədə uyğundur.

Psixoloqlar isə Yeni ildə bütün insanların qorxularının üzə çıxmasının tərəfdarıdır. Ümimiyyətlə, biz hamımız il ərzində pulsuzluqdan, kasıblıqdan çox qorxuruq. Bu səbəblə bayramda bir çox inanclar il ərzində ruzinin bol olması üçün həyata keçirilir.

Yeni ildə pulsuz qalmaq istəmirsinizsə, o zaman bayram axşamı yolkanın üzərinə pul qoyun və saat 12 tamam olanda əlinizdə də pul olsun. Bundan əlavə masadakı boşqabların altına qəpiklər düzün, bu boşqabda yemək yeyənləri yeni ildə bol ruzi, qazanc gözləyir.

Yeni il axşamı ev süpürmək, zibil atmaq, borc pul vermək və ya almaq olmaz. Bundan əlavə həmin gün evdən ələk, kibrit, alışqan, aşsüzəni kiməsə vermək olmaz.

İl ərzində böyük bir arzunuzun həyata keçməsini istəyirsinisə, saat 12 tamam olanda ürəyinizdə arzu tutub mahnıya qulaq asa-asa oynayın və bütün fikirinizi həmin arzuya yönləndirin.

Bu il ailə qurmaq istəyən qızlar bu inancı həyata keçirə bilərlər. Yeni il gecəsi təzə dəsmalı götürüb onu ipdən asırlar və bu sözləri deyillər: ”Bəxtimin payı taleyimin qisməti gəl əl-üzünü yu”. Səhər dəsmala baxırlar. Dəsmal yaşdırsa bu il ərə gedəcək. Əgər qurudursa, deməli hələ qisməti bu il deyil.

Subay qızlar gələcək həyat yoldaşının adını bilmək üçün saat 12-yə yaxın küçəyə çıxırlar. Rastlarına çıxan ilk kişidən adını soruşurlar. Nə ad olsa deməli o adda da insan qismətidir.

Ülviyyə Nurəddinova / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
01.01.2017 23:16
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ