17 Dekabr 2017
Bazar günü

Cəlil Məmmədquluzadənin anım günüdür

04.01.2017 13:30

Bu gün yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin anım günüdür. O, 1869-cu il fevralın 22-də Naxçıvanda anadan olub. 

ATV.az xəbər verir ki, 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olub. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilib.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanınıb.  Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, "Qeyrət" mətbəəsində axtarışlar aparıb, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırmalı olub.

"Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynayıb. 1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçüb, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap edib.

Əsərləri bir sıra dillərə tərcümə edilib. Azərbaycanda bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib.

C.Məmmədquluzadə  1932-ci il yanvarın 4-də vəfat edib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb.

Naxçıvanda və Cəlilabadda heykəli qoyulub. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb.

ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ