17 Dekabr 2017
Bazar günü

Azərbaycanın keçmiş səfiri vəfat etdi

04.01.2017 12:43

Professor Əliyar Səfərli vəfat edib.

ATV.az bildirir ki, Azərbaycanın İran İslam Respublikasında səfiri olmuş Əliyar Səfərli ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olub. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirib. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi işləyib. Uzun müddət BDU-nun filologiya fakultəsində tədrislə məşğul olub. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib.

Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərib. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil edib.

Allah rəhmət eləsin!


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ