ritn
ritn
ritn
19 Yanvar 2017
Cümə axşamı

Azərbaycan filmi beynəlxalq festivala dəvət aldı

11:17

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.

ATV.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək. “Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
05.01.2017 11:17
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ