ritn
ritn
ritn
24 May 2017
Çərşənbə

V Bakı Beynəlxalq kitab yarmarkası təşkil olunacaq

13:15

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq kitab sərgi-yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.

Nazirlikdən ATV.az-a verilən məlumatda bildirilir ki, sərgi sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında təşkil olunacaq.

Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Sərgidə 150-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.

Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçirilir.

Sərginin son günü iştirakçılar arasından seçilmiş qaliblərə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunur.


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
06.01.2017 13:15
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ