ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Qadın modellərə məsləhət - Şəkil çəkdirərkən bu cür poz verin - FOTOLAR

17:11

Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Xüsusən də bu modellərə aiddir.

 

ATV.az xarici mətbuata istinadən baxımlı poz verməyin bəzi sirlərini təqdim edir.

 

Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin.

 

Dümdüz kameraya baxmayın. Başınızı fərqli yönlərə əyərək poz verin. Hansı istiqamətdə baxarkən qəşəng göründüyünüzü bilmirsizsə, güzgünün qarşısınıda bunun üçün çalışın.

 

Əgər profildən şəkil çəkdirirsizsə, qollarınızı bədəninizlə təmas etdirməyin. Bu zaman qollarınız olduğundan da qalın görünə bilər.

 

Şəkil çəkdirərkən sadəcə başınıza deyil, bədəninizə də müəyyən bir istiqamət verin. Düz dayandıqdan sonra bədəninizi  45 dərəcə istədiyiniz istiqamətə çevirin. Bir ayağınızı digər ayağınızın arxasına atın və bütün bədən ağırlığınızı arxadakı ayağın üzərinə yıxın. Əllərinizi belinizə qoyun.

 

Ayaqlarınızı  çarpaz tutun. Bu, ayaqlarınızın daha uzun görünməsinə kömək edəcək. Oturarkən ayaqların çarpaz qoyulması daha gözəl effekt verir.

 

ATV.az

 

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.10.2017 17:11
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Mədəniyyət

REDAKTORUN SEÇİMİ