ritn
ritn
ritn
20 Oktyabr 2017
Cümə


Bu peçləri quraşdırarkən diqqət ediməli məqamlar - Dəm qazı kabusu... - VİDEO

13:05

Havaların soyuması ilə evlərə dəvətsiz gələn “qonaq” demək olar ki, hər gün özü ilə ən azı bir can aparır. Kabusa çevrilən dəm qazının qurbanları təəssüf ki, artmaqda davam edir. Bu haqda nə qədər danışılsa da, qarşını almaq mümkün olmur.

ATV.az-ın məlumatına görə, ötən gün dəm qazından zəhərlənmə qeydə alınıb. Hacıqabulda 2002-ci il təvəllüdlü Bəndəliyeva Dursun Cahandar qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. 14 yaşlı yeniyetmə ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, son 10 gün ərzində rayonda  5 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bəs nələrə əməl etməliyik ki, bu kabusun qurbanına çevrilməyək?

Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov ATV.az-a açıqlamasında bildirib ki, dəm qazınının bu qədər çoxalmasının səbəbi səhlənkarlıq, laqeydlikdir: “Çünki qazın özünün texnologiyası, standartları, qazdan istifadə, inşaat qayda və normaları var. Bunu gözləsələr, riayət etsələr, təhlükəli hadisə baş verməz. Bu əsasən qaz cihazlarının düzgün tənzimlənməməsi, normalara uyğun olmamasıdır. Dəm qazından zəhərlənmələrin 19 faizi hamamda olur, 40 faizi isə yataq otağında. Yatan zaman zəhərlənmələrin əsas səbəbi budur ki, qazı açıq qoyub yatırlar. Və gecə də külək vurur, bu zaman da çölə çıxmalı olan dəm qazı otağa geri qayıdır. Həmin adamlar da elə yuxuda olduqları zaman dəm qazından zəhərlənib ölürlər”. 

N.Qasımovun sözlərinə görə, dəm qazı 7 dəqiqə ərzində nəfəsdə qalırsa, insanı zəhərləyir və həmin adam öz hərəkətini idarə edə bilmir, bu səbəbdən də ölüm halı baş verir. Hamamda isə dəm qazı zəhərlənmələrinin çox olması cihazların düzgün qurulması, normalara əməl edilməməsidir: “Qaz kalonkaları elə qurulmalıdır ki, 1 saatda havanı 3 dəfə dəyişə bilsin. Tüstü tamamilə bayıra ötürülməlidir. Tüstü bacasının boruları damın üstündən yarım metr hündürdə qoyulmalıdır. Qapının aşağısında isə deşiklər olmalıdır. Bütün bunlara əməl etməyəndə bayıra ötürülməli olan dəm qazı içəri ötürülür və oradakı adamı zəhərləyir.

Bundan başqa tüstü bacalarının diametri işlətmə gücündən asılı olaraq, 100 millimetrdən 150 millimetrədək olmalıdır. Ancaq bəzi adamları bunu 70 millimetr edir. Ustalar da demək olar ki, yox dərəcəsindədir, hərə bir şeyi öyrənib camaata deyir ki, mən ustayam. Usta olmaq üçün bütün normalar uyğun olmalıdır. Onun lisenziyası olmalıdır, qazdan istifadə qaydalarını dəqiq bilməlidir. Bütün bu səbəblərin nəticəsidir ki, dəm qazından bu qədər ölüm, zəhərlənmə halları baş verir. 

Bundan başqa Sovet dönəmində ayda bir dəfə qaz işçiləri evlərə gedir, profilaktik yoxlamalar edir, qaz cihazlarını tənzimləyir, insanlara təlimat verirdilər. Təhlükəsiz istifadə qaydalarına uyğun olmayan cihazlardan qaz şəbəkəsi ayrılırdı və təhlükəli vəziyyət aradan götürüldü. İndi bu qayda-qanun ləğv edilib, heç kim gedib istehlakçının qapısını döyüb soruşmur ki, görsün ki, qaz nə vəziyyətdədir, texniki qaydalara-normalara cavab verir, ya yox”. 

Bildiyimiz kimi, dəm qazından zəhərlənmələrinin səbəblərindən biri də İran peçlərindən istifadədir. Nüsrət Qasımovun sözlərinə görə, bu peçlər həmin ölkənin standartlarına uyğundur:

“Orada qazın yanması üçün normal təzyiq 178 millimetrdir. Amma bizim şəbəkədə o qədər təzyiq yoxdur. Bizdə optimal təzyiq 130 millimetr götürülür. Bu peçlərdən lazım olan istiliyi ala bilmədikləri üçün, ustaları çağırıb həmin peçin deşiyini böyüdürlər. Bununla da yanma prosesi pozulur, karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır. Sonra mən görmüşəm bu peçi suyun içində qururlar ki, guya o su dəm qazını içinə çəkəcək. Orada çıxan suyun təzyiqi, həmin tüstünün təzyiqindən qat-qat artıqdır. Heç kimin ağlına gəlmir ki, belə şeylər olmaz. Bu peçlərin avtomatikasını, konstruksiyasını pozmaq olmaz. İran peçi heç də təhlükəli deyil, onu təhlükəli edən ancaq özümüzük. Qaz ona laqeyd yanaşan insanları cəzalandırır və bağışlamır”.

Ötən il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 402 xəstə qəbul olunub. Respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib ki, ötən il ərzində Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı gətirilən xəstələr arasında 1 ölüm hadisəsi baş verib ki, bu da xəstənin mərkəzə çox gec gətirilməsi ilə bağlı yaşanıb. Baş toksikoloqun sözlərinə görə, 2016-cı ilin bu gününə qədər Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət edib: "Onlardan 70 %-i orta ağır dərəcədə, 10 %-i ağır, qalanları isə yüngül  zəhərlənib. Dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edənlər əsasən cavan və orta yaşlı, 20-40 yaş arası insanlardır.

Dəm qazı zəhərlənmələri daha çox qapalı mühitdə, ən çox da hamam otağında baş verir. Çox vaxt hamam otağının qapısı bağlı olur və bu da əlavə vaxt itkisinə səbəb olur. Xəstənin huşu üstündə olarsa vaxt itkisi yaratmır, amma huşu üstündə olmayanda əlavə vaxt itirilir. İşlək vəziyyətdə olan cihazlarda da hər zaman dəm qazı təhlükəsi var. Cihaz benzin və ya qazla işləyirsə, zəhərlənmə ola bilər. Qapalı şəraitdə kondisioner işləyərsə, mütləq dəm qazı ilə zəhər maşın daxilinə keçə bilər. Maşın işə salınan zaman kondisioner də eyni zamanda işə salınarsa, diqqətli olmaq mütləqdir".

Baş toksikoloq Azər Maqsudovun ATV.az-a açıqlamasına görə, dəm qazının nə qoxusu, nə rəngi olur. Bu səbəbdən də dəm qazını bilmək çətin olur: “Bu zaman göz yaşarır, hava çatışmazlığı, ürək döyüntüsü, bəzən ürəkbulanma, baş gicəllənməsi halları olur ki, bunu da ancaq həssas insanlar hiss edə bilər. Bu cür mühitdə daha çox olduqda həmin əlamətlər daha da artır və kəskinləşir. Bu zaman vəziyyəti pisləşən adam huşunu itirə bilər ki, belə hal baş verirsə həmin adama təcili yardım edilməlidir. Həkim gələnə qədər həmin adamın huşu özündədirsə ciddi problem olmur, onu təmiz havaya çıxarmaq və isti su vermək lazımdır ki, bədəninin hərarəti düşməsin”.

A.Maqsudov deyir ki, huşunu itirən insanı vaxt itirmədən təmiz havaya çıxarıb, ağzını açıb, selikdən təmizləmək lazımdır ki, nəfəs yolları bərpa olunsun. Tez bir vaxtda isə təcili yardım çağırılmalı, yerindəcə lazım olan tədbirlər görülməli, daha sonra xəstəxanaya aparılmalıdır.

Dəm qazı zəhərlənmələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoları təqdim edirik:

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

Rus modelin yalanı məlum oldu - Onun da bədəni təbii deyil - FOTOLAR

Mehriban Xanlarova üçün - "Maşın" əldən getdi

Qaçqın düşərgəsindən Hollivud səhnələrinə... - FOTOLAR

Oxunma sayı:
12.12.2016 13:05
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ