ritn
ritn
ritn
24 Fevral 2017
Cümə


Hələb, Palmira, Mənbic, Əl-Bab - Viran qalan şəhərlər, qanlı müharibə...

11:55

Xəbər verdiyimiz kimi, İŞİD terror təşkilatı Suriyada yenidən qədim Palmira şəhərinə nəzarəti ələ keçirib.

ATV.az-ın məlumatına görə, Suriya hökumət qüvvələri şəhərdən geri çəkilib. Ordu komandanlığı hələ ki, rəsmi olaraq bu məlumatı təsdiq etməyib.

Hələb şəhərinin 98 faizi Bəşər Əsədə bağlı silahlı qrupların nəzarəti altına keçib. Məlumata görə, rejim müxalifətin nəzarəti altında olan kiçik ərazini bombardman edir. Suriyadakı Bəşər Əsəd rejimi Rusiya ilə birlikdə Hələbin ərazisinin 98 faizinə nəzarət etdiklərini bildirib. Suriyalı general Hələbin terrorçulardan tamamilə təmizlənməsinin bir addımlığında olduqlarını deyib.

Azad Suriya ordusu Türkiyə ordusu ilə birgə Əl-Babı tutub.

Digər tərəfdən isə İraqın baş naziri Heydər Əl Abadi aktiv hərbi əməliyyatların aparıldığı Mosul şəhərinə səfər edib. Mosulda hərbçilərlə bir araya gələn hökumət başçısı İŞİD-ə qarşı mübarizənin nəticələriylə tanış olub. Şəhərin azad edilməsi üçün aparılan əməliyyatlar haqda geniş məlumat alan baş nazir xalqa müjdə verib. O bəyan edib ki, Mosulun tamamilə terrorçulardan azad edilməsinə çox az qalıb. Onun sözlərinə görə Mosulun azad edilməsi əməliyyatları əvvəlcədən planlaşdırılmış tarixdən daha tez başa çatacaq.

Ümumilikdə nə baş verir? Suriya və İraqda hadisələrin gedişi nəyi göstərir, bundan sonra hansı addımların atılacağı gözlənilir?

Məsələ ilə bağlı ATV.az-a açıqlama verən analitik Vüqar Zifəroğlunun sözlərinə görə, hazırda belə bir görüntü yaranır ki, İraqda İranın, Suriyada isə həm İranın, həm də Rusiyanın dəstəklədiyi iqtidar qüvvələri Mosul və Hələb istiqamətində uğurlar əldə etməklə əslində böyük revanşa imza atmaqdadırlar: “Amma Palmiranın əldən getməsi, eləcə də son dərəcə ciddi strateji əhəmiyyətə malik Afrin-Mənbic yolunun və önəmli məntəqə olan Əl-Babın müxalif qüvvələrin nəzarətinə keçməsi, əslində proseslərin heç də ilkin göründüyü qədər sadə getmədiyindən xəbər verir. Xatırlayırsınızsa, Mosul əməliyyatları yeni başladığı zaman elə sizə verdiyim müsahibədə, bu hədəfin heç də deyildiyi qədər tezliklə əldə edilməyəcəyini vurğulamışdım. Eyni fikirləri Hələblə bağlı da söyləmişdik.

Adları çəkilən hər iki şəhər, biri Suriyanın şimalında, digəri isə İraqın şimalında ciddi əhəmiyyətə malikdir və qarşıdurmada iştirak edən hər bir qüvvə həmin məntəqələrin məhz onların nəzarətinə keçməsinə çalışır. Düşünmürəm ki, ABŞ, Qərb bu iki strateji əhəmiyyətə malik şəhərin İran və Rusiyanın dəstəklədiyi qüvvələrin tam şəkildə nəzarətinə keçməsi ilə barışsın. Palmiranın təkrar İŞİD-in nəzarətinə keçməsi buna əyani sübutdur”.

V.Zifəroğlu bildirib ki, Palmira Suriyanın mərkəzində, İŞİD-in nəzarətindəki Şərq bölgələrinə, ən əsası da İŞİD-in özünə paytaxt elan etdiyi Rakkaya gedən yolun üstündədir: “Palmiranın alınması, İran və Rusiyanın da dəstəklədiyi Əsəd qüvvələrinin Rakka üzərinə hücumunu ciddi şəkildə əngəlləməklə yanaşı, ABŞ-kürd koalisiyasının manevr imkanlarını da artırmış olur. Türk birlikləri isə ASO ilə birgə hazırda daha çox şimalda - əl-Bab istiqamətində möhkəmlənməkdə davam etməkdədirlər.

Onlar əməliyyatın son mərhələsi kimi cənubda olan Tadif və Aran qəsəbələrini götürməyi hədəfləyirlər.  Eyni zamanda türk ordusu həm Suriyanın, həm də İraqın şimalında kürd separatçı dəstələrinə zərbələr endirməkdədir. Bu səbəbdən də Suriyanın mərkəzində və şərqində baş verənlər hələ ki, onları az maraqlandırır. Bütün bu məqamlar isə, nəticə etibarı ilə onu deməyə əsas verir ki, biz hələ bu iki şəhər – həm Hələb, həm də Mosulla bağlı çox yeni xəbər eşidəcəyik”.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
14.12.2016 11:55
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Demo-SOS

REDAKTORUN SEÇİMİ