22 Noyabr 2017
Çərşənbə

Əhalinin nəzərinə - ƏMLAK SƏRGİSİ BAŞLADI

22.11.2016 09:25

Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə start verilib.

ATV.az xəbər verir ki, Bakı Expo Mərkəzində baş tutan sərgiyə Azərbaycan, Tükiyə, Rusiya, Gürcüstan, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macaristan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Sərgiyə Azərbaycan və beynəlxalq daşınmaz əmlak sektorunun ən önəmli şirkətlərindən, Dreamland, AAF Park, AF Holding, Baku White City’in Temel Park, Park Hill, Monparnas Residence, Fortis, Nobel 25 Bussines Center, AQP Mtk, Breez Tower kimi layihələri, Şərur İnşaat, Kristal Abşeron, Azinko, Gilan Holding, Absheron City, Yeni Həyat, Emlak Konut Gyo, Gyoder, Ağaoğlu, Özak Gyo, Tahincioğlu Gayrimenkul, Haliç Property, TGP, Reality Port, Karat Proje, Ems Yapı, Onur İnşaat, Life Koza, Rota Mimarlık Ve Gayrimenkul, Seaside Alanya Emlak, Bavi Concept, Mare Asset, Urhome, Voldan Investment, Hıspano, Hayat Estate, Asteco, Afik, Bmg invest, Global Promotion Group, First Group qatılıb.

Qeyd edək ki, mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisi olan RecExpo II-nin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti var. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Sərginin digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərindən bildirirlər ki, sərgi əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq.

Qeyd edək ki, sərgi, 22-24 noyabr tarixlərində, 3 gün ərzində ziyarətçilərini qarşılayacaq. Sərgini ziyarət etmək istəyən şəxslər 22 noyabr tarixindən etibarən saat 10-18.00 arası N. Nərimanov metro stansiyasindan “Baku Expo Center”-ə bir saatdan bir ödənişsiz xidmət göstərən avtobuslardan istifadə edə bilərlər.


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

İqtisadiyyat

REDAKTORUN SEÇİMİ