18 Fevral 2018
Bazar günü

Şanxayda Azərbaycan şərab evi açılacaq - Çin Azərbaycana 770 milyon dollar sərmayə qoyub

İqtisadiyyat      14.02.2018 11:35

Çin ilə Avropa arasında daşınan yüklərin 10-15 faizi Azərbaycan üzərindən həyata keçirilə bilər.

ATV.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev Çinə rəsmi səfərinin yekunlarına həsr olunan mətbuat konfransında bu barədə məlumat verib. Onun sözlərinə görə, indiyədək Çin Azərbaycana 770 milyon dollar sərmayə yatırıb. Bu həcmin daha da artırılması istiqamətində iş aparılır.  Nazir onu da deyib ki, bu ilin sonuna qədər Şanxayda Azərbaycan şərab evi açılacaq. Ötən il Azərbaycan Çinə 1 milyon dollarlıq şərab ixrac edib. Bu, 2016-cı illə müqayisədə 2 dəfə çoxdur. Şahin Mustafayevin Çinə rəsmi səfərində bu ölkədən Azərbaycana qrup şəklində turistlərin cəlbi ilə bağlı da razılıq əldə olunub.  Tezliklə bununla bağlı memorandum imzalanacaq.

Aysel/ ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

İqtisadiyyat

REDAKTORUN SEÇİMİ