21 Fevral 2018
Çərşənbə

Banklar əmanət faizlərini aşağı salır - Bəs, kredit faizləri necə?

İqtisadiyyat      14.02.2018 18:55

Banklar əmanət faizlərini aşağı salıb.

ATV.az xəbər verir ki, əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa, indi bu göstərici, milli valyuta üzrə 10 faizdən, xarici valyutada isə 1 faizdən azdır. Əvvəlki dövrlərdə banklar daha çox əmanət cəlb etmək üçün yüksək faizlər təklif edirdi. Məsələn qorunan əmanətlər üzrə faiz dərəcəsi 15 faiz olsa da, bəzi banklar müştərilərə hətta illik 17-18 faiz gəlir vəd edirdilər. Depozit faizlərinin aşağı düşməsinin digər bir səbəbi isə manatın məzənnəsinin 2017-ci il ərzində stabil qalması ilə bağlıdır. Bu manatla əmanətlərə marağı artırdı. Əvvəllər banklar manatla əmanət cəlb etməkdə çətinlik çəkirdisə, indi bu cür əmanətlərin bolluğu müşahidə edilir. Qeyd edək ki, bir neçə gün öncə mərkəzi bank uçot dərəsini 15 faizdən 13 faizə endirib. Bunun qorunan əmanətlərin faiz dərəcəsinə də təsir edəcəyi proqnozlaşdırılır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının növbəti iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin 13 faizə endirləcəyi gözlənilir.

Səbuhi Turan/ ATV.az 


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

İqtisadiyyat

REDAKTORUN SEÇİMİ