18 Fevral 2018
Bazar günü

Yol polisindən sürücülərə - Xəbərdarlıq

Hadisə      18.04.2015 21:24

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir. 

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

V.Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın bəzi ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur.

Qeyd edək ki, son iki gündə Bakıda dumanlı hava şəraiti hökm sürür. Hazırda da paytaxt Bakıda hava dumanlıdır. Sinoptiklər sabah da günün müxtəlif saatlarında havanın dumanlı olacağını proqnozlaşdırır.


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ