21 Fevral 2018
Çərşənbə

Sürüşmənin əsl səbəbi bilindi - Avtovağzal Kompleksində

Hadisə      08.10.2015 16:56

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmə ərazidə yerləşən xırda dağ yamaclarındakı qazonların gündəlik sulanmasından yaranıb.

Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, sürüşmədən təlaşa düşmək lazım deyil: "Sözügedən ərazidə sürüşmənin qarşısını almaq üçün yaxın müddətdə bərkidilmə işləri aparılacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığındakı ərazidə baş vermiş sürüşmənin qorxusu yoxdur".

Qurumun baş direktoru Bayıl yamacında sürüşmə təhlükəsinə də toxunub: "Orada sürüşmə ilə bağlı narahatlıq artıq yoxdur. Çünki axırıncı dəfə həmin ərazidə sürüşmə olanda təxirəsalınmaz xeyli işlər görülüb".

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ