22 Noyabr 2017
Çərşənbə

Şəhidimiz Kürdəmirdə torpağa tapşırıldı - Vətən sağ olsun! - FOTOLAR

11.04.2016 17:28

Döyüşlərdə şəhid olan 24 yaşlı Tural Qurbanovun nəşi dünən doğulduğu Kürdəmir rayonuna təhvil verilib.

ATV-nin Şirvan bürosundakı müxbiri Samir Cəbiyevin sözlərinə görə, şəhid bu gün Sığırlı kədnində torpağa tapşırılıb. Dəfn mərasimində  Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, millət vəkilləri, minlərlə rayon sakini iştirak edib. Şəhidin ruhuna dualar oxunub. Daha sonra yaylım atəşi açılaraq şəhidimiz kənddəki məzarlıqda dəfn edilib. Tabuta bükülmüş üçrəngli bayraq isə atasına təhvil verilib. 24 yaşlı Tural Qurbanov  müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. Şəhid T. Qurbanov ailəlidir,  iki övladı var.

Şəhidin bibisi Sədaqət Qurbanova deyib ki, o, həmişə deyirdi ki, mən vətən uğrunda gedəcəm: “Gedəndə demişdi ki, “şəhid olmaq istəyirəm”. Ən axırıncı sözü də bu olmuşdu. O, beş il idi ki, vətən yolunda idi, qorxmaz idi. Ona desən ki, getmə yenə gedərdi. Qəhrəman oğul idi”. Şəhidin atası Gülsad Qurbanov isə deyib ki, mən, vətən yolunda şəhid vermişəm: “Vətən sağ olsun. Məni heç nə yox, onun balaca övladları, qızları yandırır. Bütün şəhidlərə Allah rəhmət eləsin”.

Günay Məryəm
 


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ