ritn
ritn
ritn
19 Avqust 2017
Şənbə

Qasırğa viran qoydu - Xeyli sayda tələfat var

13:42

Dünya ölkələri təbii fəlakətlərlə mübarizə aparır.

ATV.az-ın məlumatına görə, Cənubi Koreyada qasırğa nəticəsində azı 6 nəfər həyatını itirib. Bir neçə nəfər itkin düşüb. Yüzminlərlə evə elektrik enerjisinin verilməsi dayanıb. Müvafiq qurumlar sahilyanı ərazilərdə yaşayan sakinlərin təxliyyəsini davam etdirir.

Karib dənizi hövzəsində də oxşar vəziyyət hökm sürür. “Metyu” qasırğası nəticəsində Dominikan Respublikası, Kolumbiya və Haitidə ümumilikdə 24-dən çox insan həyatını itirib. Təbii fəlakət səbəbiylə Kubada 1 milyon insan təxliyyə edilib.

Son 10 ilin ən güclü qasırğası olan “Metyu” hazırda ABŞ istiqamətində irəliləyir. Bu üzdən Floridada yaşayan 2 milyon insanın təxliyyəsi nəzərdə tutulub. Sürəti saatda 230 km-ə çatan qasırğanın sahilyanı ölkələr üçün hələ bir neçə gün təhlükə törədəcəyi proqnozlaşdırılıb.

Anar Türkeş / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
06.10.2016 13:42
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ