ritn
ritn
ritn
18 Avqust 2017
Cümə

Atası qətl törətdi, hərbi xidmətdə olan oğlu tutuldu - Salyanda

10:25

Salyan rayonunda qətldə şübhəli bilinən şəxsin oğlu saxlanılıb.

ATV-nin Şirvan bürosundakı əməkdaşı Əli İbrahimov bildirib ki, Salyan rayon Prokurorluğundan verilən məlumata görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun oğlu Ağacavad Cavadzadə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanıb.

Salyan rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əldə olunan məlumata görə, A. Cavadzadə hərbi xidmətdə olub və ordudan geri çağırılaraq həbs edilib.

Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb. Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir. Salyan rayon Polis Şöbəsindən  verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır. Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib. E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib. Araşdırmalar zamanı R.Cavadovun Almaniyada olması müəyyən edilib və hazırda onun tutularaq ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı dərhal  Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Günay Məryəm / ATV.az

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
07.01.2017 10:25
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ