17 Dekabr 2017
Bazar günü

Sabirabad sakini qaynının qulağını qopardı - Dişi ilə...

07.01.2017 14:50

Sabirabad sakini qaynının qulağını dişi ilə tam qoparıb.

ATV-nin Şirvan bürosundakı əməkdaşı Əli İbrahimovun məlumatına görə, hadisə Sabirabad rayonunun Moranlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.

Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı, 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub. Küt alətlə başından ağır xəsarət alan Cavad Mirzəyəev Şirvan şəhər xəstəxanasına yerləşdirlib. X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ