24 Fevral 2018
Şənbə

Əməliyyat keçirildi - Balakəndə

Hadisə      12.10.2017 15:00

Balakəndə narkotik əkib becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakinləri Məhəmməd Abdullayevin, onun qardaşları Mühüddin və Elçinin o cümlədən kənd sakini Oktay Dibirovun yaşadığı evlərdən ümumi çəkisi 1 kq 115 qram qurudulmuş marixuana götürülüb. İlkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər kəndin ərazisində yüksək dağlıq ərazidə kultivasiya üsulu ilə 45 ədəd narkotik tərkibli bitki əkiblər. Evlərindən tapılan marixuananı da həmin çətənə bitkilərindən yığıblar. Faktla bağlı cinayət işi açılıb.

Nübar Niyaziqızı/ATV.az


Bu xəbərləri də oxu

Kiməsə "Eşşək olma" deməzdən əvvəl bu videoya diqqətlə baxın

Şəbnəm Tovuzlu belə görüntüləndi - artıq kilolar gözdən qaçmadı ÖZƏL - FOTOLAR

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ