24 Fevral 2018
Şənbə

Telefon oğrusu yaxalanıb - Yasamalda

Hadisə      12.10.2017 18:18

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.

ATV.az Trend-ə istinadən xəbər verir ki, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmayıb. Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, "Samsung" və "İphone -7" markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.

ATV.az

 


Bu xəbərləri də oxu

AFFA-nın mərhum prezidentinin ailəsində növbəti faciə - əvəl oğlu həlak oldu, indi isə... - VİDEO

Kiməsə "Eşşək olma" deməzdən əvvəl bu videoya diqqətlə baxın

Şəbnəm Tovuzlu belə görüntüləndi - artıq kilolar gözdən qaçmadı ÖZƏL - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ