ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Tələbə özünü öldürdü - Salyanda 21 yaşlı gənc niyə intihar etdi?

16:43

Dünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

ATV.az Lent.az-a istinadən xəbər verir ki, özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.

Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Bundan sonra o, atasına mesaj olaraq  "Ata mən getdim" sözlərini yazıb. Daha sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
12.10.2017 16:43
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ