22 Noyabr 2017
Çərşənbə

Brakonyerlər su polisinə tabe olmadı - Balıqçı qayığı ilə polis katerini vurub qaçmağa cəhd etdilər - FOTOLAR

14.11.2017 18:50

Bakı buxtasında brakonyerlərlə polis arasında insident yaşanıb.

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat zamanı həmin şəxslər Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına müqavimət göstəriblər. Polis əməkdaşları “Qartal” polis patrul katerində səs siqnalları ilə həmin qayığa yaxınlaşaraq onlardan sahilə çıxmalarını tələb ediblər. Həmin şəxslər isə balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Lakin onları yaxalamaq mümkün olub. Məlum olub ki, onlar Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilovdur.

Qayığa baxış zamanı qanunsuz balıq ovu zamanı istifadə olunan ləvazimatlar, torlar götürülüb. Saxlanılan balıqçıların üzərindən isə narkotik aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

NÜBAR NİYAZİQIZI//ATV.az


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ