22 Noyabr 2017
Çərşənbə

Özünü yandırmaq istəyən Ağdam sakini ilə bağlı DİN-dən təfərrüatlar

14.11.2017 20:22

Bu gün Ağdamda özünü yandırmağa cəhd göstərmiş 1970-ci il təvəllüdlü Bəhlul Əmirovla bağlı təfərrüatlar məlum olub.

ATV.az xəbər verir ki,Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır.

Rəis müavini qeyd edib: "Əvvəllər dəfələrlə məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan araşdırmdan narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk şantaj fakt deyil ki, o, həyatına qəsd edərək polisə, hüquq-mühafizə orqanlarına təzyiq göstərməyə çalışır. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi pis vərdiş halına çevirib".

O.Mansurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib.

ATV.az

 

Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ