18 Fevral 2018
Bazar günü

Bu ilin yol qəzalarında ölən və yaralananların STATİSTİKASI

Hadisə      14.11.2017 20:40

2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb.

ATV.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 166 ölüm, 461 xəsarət qeydə alınıb.

V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib ki, bu da dövlət yol polisi tərəfindən keçirilən məqsədli tədbirlərin nəticəsidir.

ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ