21 Fevral 2018
Çərşənbə

Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yaşayanlar müvəqqəti sığınacaqlara yerləşdirilib

Hadisə      25.01.2018 10:30

Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.

ATV.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib. Onlar qida və su ilə təmin olunub. Hazırda ərazi polis nəzarətindədir. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçirib. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə xüsusi qərargah yaradılıb. Xatırladaq ki, sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

ATV.az


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ