18 Fevral 2018
Bazar günü

Astara polisindən əməliyyat - 2,5 kq narkotik ələ keçirildi

Hadisə      13.02.2018 12:00

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

ATV.az-ın yerli bürosunun məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərçivan qəsəbəsində yaşayan Xalıq Fəttayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri çərçivəsində onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 bükümdə 2 ,52 kiloqram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Zaur İsmayılov/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ