18 Fevral 2018
Bazar günü

Saxta pul kəsənlər yaxalandı - 11 min 700 manat müsadirə olundu

Hadisə      14.02.2018 13:10

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda saxta pul hazırlayan şəxslər ələ keçirib.

ATV.az xəbər verir ki, onlar əvvəllər də məhkum olunmuş Orxan Məmmədov və tanışı Nicat Orucovdur. Keçirilən əməliyyat nəticəsində dəstə üzvləri 11 min 700 saxta manatı 2900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində onlar saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Əsmər Nəcməddinqızı/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ