17 Dekabr 2017
Bazar günü

Anus dəliyi olmayan körpə əməliyyat edildi - Azərbaycan tibbinin daha bir uğuru

28.01.2016 16:42

Bu gün orqanizmimizlə bağlı elə vəziyyətlər yaranır ki, “qulaqardı” yanaşmaq daha böyük fəsadlarla nəticələnə bilər. Adətən insanlar xəstəliyin ən pik həddində həkimə üz tuturlar. Bunu nəzərə alıb, xüsusi qeyd edirik ki, indi söhbət açacağımız problemə biganə yanaşmaq olmaz.

Bu problem dünyanın hələ istisindən, soyuğundan xəbəri olmayan, yenicə gözünü açmış körpənin anus dəliyinin patologiyası ilə doğulmasıdır.

Bu problemlə qarşılaşmamaq üçün görüləcək tədbirlər, xəstəliyin yaranma səbəbləri və çıxış yolları ilə bağlı ATV.az olaraq, uşaq cərrahı və uroloqu Fuad Hüseynovla əlaqə saxladıq.

Onu da qeyd edək, F.Hüseynov bu xəstəliklə bağlı cərrahi əməliyyat aparıb.

O bildirdi ki, bu problem düz bağırsağın öz yerində yox, uşaqlıq yolunda, vaginanın üstündə olması ilə bağlıdır:

"Bu xəstəliklə bağlı son qarşılaşdığım vəziyyət belə idi: 10 ildən sonra süni mayalanma yolu ilə əkiz hamiləlik yaranmışdı. Uşaqlardan biri tam normal, digəri isə bu patologiya ilə doğuldu. Süni mayalanma bir çox hamiləlik qüsurlarının artmasına səbəb olur. Problem odur ki, vagina ilə düz bağırsağın bir divarı var idi. Onları zədələmədən bir birindən ayırdıq. Düz bağırsağı öz yerinə tikdik. Bu əməliyyatdan sonra uşağın tam sağalması üçün 6 ay zaman lazımdır. Müalicə prosesi düzgün aparıldıqda gələcəkdə bu cür xəstələrin hamilə qalması və ya cinsi həyatla bağlı problemi olmayacaq".

Həkim onu da qeyd etdi ki, bu xəstəliyin heç bir virusla əlaqəsi yoxdur:

"Sırf anatomik qüsurdur. Daxili orqanların ana bətnində inkşaf zəifləməsindən yaranır. Bu problemə tək qız uşaqlarında yox, əks cinsdə də rast gəlmişik. Genetikanın da təsiri çox olur. Genetik olaraq da belə patologiyalar baş verə bilər. Yaxın 3 il ərzində 6-7 əməliyyat aparmışıq. Onların arasında 2-si oğlan, qalanı qız uşağı olub. Bu da belə nəticəyə gəlməyimizə əsas verir ki, söz açdığımız patologiya daha çox qız uşaqlarında olur".

Tahirə


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ