17 Yanvar 2018
Çərşənbə

Bu adam 65 il qəpik yığdı - İlginc səbəb-VİDEO - VİDEO

Maraqlı      21.01.2015 13:45

65 il ərzində əlinə keçən bütün qəpikləri  bir kənara yığdı, sonda sahib olduğu bütün sikkələri bank hesabına yatırdı. Amerikalı Ayre Keysi dünyanın ən səbrli insanlarından və ən sözə baxan övladlarından biri  adlandırmaq olar. 16 yaşından bu yana bütün qəpiklərini toplayan  Ayre yığdığı nə az, nə çox  81 min qəpiyi  banka qaytarıb.

ATVxəbər.az bildirir ki, Ayre hələ yeniyetmə yaşlarında olanda atası ona məsləhət görüb ki, əlinə keçən qəpiklərə qənaət eləsin. Atasının sözü ona elə təsir edib ki, Ayre o gün bu gündür mağazalardan ona qaytarılan bütün xırda pulları evdə saxlayır. Söhbət indi nə az, nə çox  226 kq qəpikdən gedir.

81 min qəpik çəkidə kifayət qədər ağır olsa da, qiymətdə o qədər də ağır gəlməyib. Həmin pulların böyük əksəriyyəti on illərdir dövriyyədən çıxdığından,   81 yaşlı amerikalı  banka qoyduğu  81 min qəpiyin müqabilində cəmi  816 dollar qazanıb.

Texas ştatında yaşayan Ayre Keys 2014-cü ilin sona çatması ilə qəpik toplamağı da dayandırıb.  Onun  81 min qəpiyi apardığı bankın rəhbərliyi əvvəl bu qədər dəmir parçasını qəbul etmək istəməsə də, sonradan əməyə hörtmətlə yanaşaraq nəhəng kolleksiyanı satın almağa razılıq verib. 


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ