15 Dekabr 2017
Cümə

Xanımlar üçün test - Üzüyünüzü seçin, kimliyinizi müəyyənləşdirin - FOTOLAR

10.10.2017 13:40

Xanımların ən çox sevdiyi akssesuarlardan biri də üzüklərdir.

ATV.az bildirir ki, sən demə, hər bir zərif cinsin nümayəndəsi xarakterinə və həyat tərzinə uyğun üzüyü sevirmiş. Dəyərli, xanımlar. Əgər siz də özünüz barədə gizlinləri bilmək istəyirsinizsə, bu testlə mütləq tanış olun. 

1.     Siz ovçusunuz!

Siz vlazımi vaxtda vəhşi və tükənməz enerjinizi ətrafa hiss etdirə bilən birisiz. Sizin gözlərinizi unutmaq mümkün deyil. Baxışlarınız birbaşa insan qəlbinə nüfuz edir. Ətrafınızdakılar daim sizinlə ünsiyyətə can atır. Ünsiyyətdə çox ehtiyatlısınız və yaxına çox az adam buraxırsınız. Yaxına buraxdıqlarınıza isə çox inanırsız. Satqınlıq və xəyanəti heç vaxt bağəşlamırsız. Həyatınız çoxları üçün paxıllıq mənbəyidir. Amma siz bu xırdalıqlara çox da fikir vermirsiz.

2.     Siz gözəlliyin özü, təbibsiniz!

Zahirən çox sadə birisiz. Ətrafınız genişdir. Ünsiyyətcil olduğunuza görə, sizinlə dil tapmaq asandır. Bir dəfə sizinlə söhbət edən kişilər ikinci dəfə yaxınlaşmaq üçün can atır. Həyata bağlılığınız və cəlbedici enerji sahibi olmağınız sizi əvəzolunmaz edir. Bununla belə, özünüzə çox vaxt ayırıb, özünü sevməyiniz lazımdır. Belə olan halda həyatınız daha sadə və xoş olacaq. Həyatın verdiyi imkanlardan yararlanın. Şans sizinlədir.

3.     Siz sevginin özüsünüz!

Siz sevgini sevirsiniz. Çünki, sevgi sizin əsl həyatınızdır. Adətən işə, evə, kişilərə çox güclü sevgi hiss edirsiniz. Səyahəti sevənlərdənsiniz. Əgər sevimli əks cinsin nümayəndəsi yanınızda olarasa, bir ömür evdən çıxmazsınız. Sevinərkən gözəlliyinizin fərqinə bir dəfə də olsun varmamısınız. Heç vaxt süni təbəssümlə gülümsəməmisiniz. Ətrafa sevgi saçmaq sizin işinizdir. Həyatınızdakı xırdalıqlar yaşamaq səbəbinizdir. Güllər, fincanlar, musiqi belə sizi xoşbəxt edə bilər.

4.     Siz xanımsız!

Təbiətən özünü hər zaman ələ ala bilən, ideal zövqə malik və özünüzü cəmiyyətə baha sata bilən birisiniz. Əgər rəfiqələriniz hələ də xarici görkəmləri ilə bağlı sizdən məsləhət istəmirsə, vay onların halına. Sakit və nüfuzedici birisiniz. Gözəl intuisiyanız olsa da, ona inanmırsınız. Baxışlarınızdan heç bir sirr qaçmır. Bununla belə, sirr saxlaya bilirsiz. Sizə həyatın bütün sahələrində güvənmək olar. Təbiətən üz cizgiləriniz çox gözəldir. İnsanlarda etibarı və ağılı çox qiymətləndirirsiniz. Hisslərə gec qapılır, dəli kimi sevə bilirsiniz.

5.     Siz qadın anlayışının özüsünüz!

Qəlbində hər zaman gənc, arzular arxasınca qaçan, incə və gülərüz birisiniz. Böyük ürəyinizi qazana bilən kişi dünyanın ən xoşbəxtidir. Sizə daha çox paltar yaraşır. Məhz bu geyimdə siz enerji və gözəllik mənbəyi olursunuz. Xəyalpərəst olsanız da arzularınız qəribə də olsa, tez həyata keçir. Bəzən alacağınız əşyaları belə yuxularınızda görürsünüz. Oynamağı və flirti sevirsiniz. Sizin oynaq xasiyyətiniz var. Əgər kişini başdan çıxarmaq lazımdırsa, bu sizdə asanlıqla alınır. Ətrafınızdan sanki ay işığı süzülür.  

6.     Dəyərini bilən kraliça!

Kraliça özünə və başqalarına qarşı çox vicdanlıdır. Bəzən ətrafınız sizin ötkəmliyinizdən əziyyət çəkir. Amma sizin şarmınız tezliklə bu incikliyi unutdurur. Yanınızda olan hər kəs səmimiliyinizdən və gücünüzdən riqqətə gəlir. Xoşunuza gələn biri varsa, onu günəş kimi isidə bilirsiniz. Əgər əksi olsa, yanınızdakı ilk dəqiələrdən soyuqluğunuzu anlayacaq. Optimizm və hər kəsi təəccübləndirmək bacarığınız ən çətin anlarınızda belə sizi xilas edir. Həyatı başı dik tərk etmək əsas prinsipinizdir.

ATV.az

 

 


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ