ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Qarğalar küçələri təmizləyəcək - Niderlandlı alimlər buna nail olmağa çalışırlar

13:14

Ağıllı varlıqlardan hesab olunan qarğalar analogiyanı anlamaq, eləcə də alətlərdən istifadə etmək bacarığına malikdir. Bəzi alimlər hesab edirlər ki, onların intellekti hətta meymunların intellekti ilə rəqabət apara bilər. Holland “Crowded Cities” startapı qarğaları siqaret kötüklərini xüsusi qablara gətirməklə əvəzində yemək əldə etməyə öyrətmək niyyətindədir.

Hazırda şəhərlərin küçələrində çoxlu siqaret kötüklərinə rast gəlinir. Layihə müəlliflərinin sözlərinə görə, Amsterdam küçələrinə hər il təxminən 6 milyard kötük atılır. Buna görə də startap komandası şəhər küçələrində kötüklərin axtarışı ilə məşğul olan ağıllı quşların istifadə edildiyi sistem yaratmağa qərar verib.

ATV.az Azərtac-a istinadən xəbər verir ki, layihənin müəllifləri ABŞ texnoloqu Coşua Kleynin 2008-ci ildə təsvir etdiyi kimi, qarğalara sikkələr yığaraq onları yer fındığı ilə dəyişməyi öyrədən ticari avtomatın işindən ilhamlanıblar.

“Crowded Cities” də analoji yanaşmadan istifadə edir. Komanda üzvləri mürəkkəb yemləmə qabı olan “Crowbar” adlanan xüsusi qurğu hazırlayıblar. Quşlar gətirdikləri kötükləri “Crowbar” qıfına atandan sonra onun içində quraşdırılmış kamera həmin əşyanın həqiqətən siqaret kötüyü olduğunu təsdiqləmək imkanına malikdir. Bundan sonra sistem quşlar üçün müəyyən miqdarda yeməyi xüsusi platformaya “təqdim edir”.

“Crowded Cities” komandasının üzvlərinin bildirdiyinə görə, hazırda sistemin bütün komponentləri işə hazırdır. “Crowbar” qurğularının Amsterdamın küçələrində quraşdırılmasından sonra sınaqlara başlanılacaq.

ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
12.10.2017 13:14
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ