ritn
ritn
ritn
20 Oktyabr 2017
Cümə

Alimlər süni bağırsaq yaratdılar

23:39

Amerika Birləşmiş Ştatları alimləri yeni süni bağırsaq yaradmağa müvəffəq olublar. Harvard universiteti mütəxəssislərinin bir neçə illik fəaliyətindən sonra onlar insanın kök hüceyrələrindən istifadə edərək bağırsaq əmələ gətirməyə nail olublar. Yeni kəşfi əvvəlcə siçovullar üzərində sınaqdan keçirdən alimlər müsbət nəticələr əldə ediblər. Belə ki, bağırsaqda sovrulma prosesləri normal şəkildə getməklə yanaşı o öz funksiyalarını tam yerinə yetirib. İndi elm adamları sözügedən bağırsağın insan orqanizmi ölçüsünə uyğun olanını hazırlamağa çalışırlar. Əgər bu baş tutsa bağırsaqlarında xərçəng xəstəliyi aşkarlanmış minlərlə insan üçün yeni ümidlər yaranmış olacaq.

Fuad Əliyev/ATV.az


Bu xəbərləri də oxu

Rus modelin yalanı məlum oldu - Onun da bədəni təbii deyil - FOTOLAR

Mehriban Xanlarova üçün - "Maşın" əldən getdi

Qaçqın düşərgəsindən Hollivud səhnələrinə... - FOTOLAR

Oxunma sayı:
12.10.2017 23:39
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ