ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Beynəlxalq yumurta günü - Bütün yumurtasevərlərin bu gün bayramıdır

17:00

Bu gün dünyada beynəlxalq yumurta günü qeyd olunur. 

ATV.az xəbər verir ki, bayram hər il oktyabrın ikinci cümə günü qeyd olunur. Yumurta günün tarixi isə elə də qədim deyil. 1996-cı ildə Vyanada bir araya gələn yumurta komisiyası (İnternational Egg Commission) qərara gəlib ki, insanlıq və bəşəriyyət üçün vacib olan bu qidaya xüsusi diqqət ayırmaq lazımdır. Beləliklə də, Beynəlxalq yumurta günü yaranır. Yumurta istehsalı ilə məşğul olan böyük şirkətlər də qərarı həvəslə dəstəkləyib.

Yumurtanın faydalarından danışdıqda isə bunları mütləq qeyd etmək lazımdı:

"Toyuq yumurtası çox yüksək kaloriliyi ilə seçilir və aclığı götürməklə yanaşı orqanizm tərəfindən asanlıqla mənimsənilir. Hər 100 qr məhsulda 157 kKal enerji vardır. Yumurtanın tərkibində yağ olduğu üçün, əsasən, normal bədən quruluşunu saxlamaq üçün soyutma halda qəbulu yetərlidir.

Toyuq yumurtası yeganə mahsuldur ki, orqanizm tərəfindən 97-98% mənimsənilir və bağırsaqlarda demək olar ki, şlak yaratmır. Yumurta insan orqanizminin normal inkişafı üçün zülal, aminturşular, makro və mikroelementlərlə - kalsium, kalium, fosfor, maqnezium, natrium, xlor, kükürd, dəmir, sink, yod, mis, kalium permanqanat, xrom, ftor, molibden, bor, kobalt ilə çox zəngindir, həmçinin tərkibində B qrupu vitaminlər (B1, B2, B3, B6, B9, B12) və E, C, D,A, H, PP, K vitaminləri vardır.

Yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin xüsusilə açıq havada günəş altında az vaxt keçirənlər üçün (Günəş şüalarının təsirindən dəri vasitəsilə orqanizmdə D vitamini sintez olunur) vacibdir. Vitamin D orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Həmçinin yumurta sarısı dəmir-minerallar ilə zəngindir. Bu minerallar orqanizmin yorulmasının qarşısını alır, eləcə də onkoloji və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır. Yumurta sarısının tərkibində "Lesitin" maddəsi vardır ki, bu maddə qaraciyər və öd yollarının funksiyasının yaxşılaşmasına kömək edir. Lesitin skleroz əleyhinə təsir edir, beyni qidlndırmaqla hafizəni yaxşılşdırır.

Xolin-yumurta sarısında olan bu məddə süd vəzisinin xərçəngini azaladır, şiş əmələ gəlməsinin qarşısını 24 % azaldır.

Yumurta ağı B qrup vitaminlə zəngin olduğu üçün insan orqanizmi üçün çox qiymətlidir.

Orqanizmin gündəlik 25% aminturşulara olan təlabatını yumurta ödəyir. Bütün bunlara baxmayaraq yumurtanı çox miqdarda qəbul etmək də düz deyil. Orqanizm tərəfindən mənimsənilən artıq zülal böyrəklərin işinə mənfi təsir edir, qan dövranını pisləşdirərək sağlamlığa zərər vurur.

Yumurta "Niasin" maddəsi ilə də zəngindir. Bu maddə beynin qidalanmasın kömək edir, cinsi hormanların əmələ gəlməsini asanlşdırır, qaraciyərdən zəhərli maddələrin xaric olmasına yardım edir.

Yumurtada olan B9 - fol turşusu hamilə qadınlar üçün çox vacibdir. Belə ki, bu vitamin dölün normal inkişafına dəstək verməklə, uşağın sağlam doğulmasına yardım edir.

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.10.2017 17:00
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ