18 Fevral 2018
Bazar günü

Evdə paltar qurudanlar, diqqətli olun - xəstəliklərə tutulma ehtimalınız var

Maraqlı      14.11.2017 18:30

İstilik sistemlərinin üzərində paltar qurutmaq hallarına demək olar ki, hər evdə rast gəlmək mümkündür.Xüsusilə də qış aylarında. Səbəb  belə vəziyyətdə paltarların tez qurumasıdır. Lakin mütəxəssislər qapalı məkanda paltar qurutmağın sağlamlıq üçün ciddi təhlükə olduğunu deyirlər.

Onların sözlərinə görə, belə vəziyyətdə otağın nəm balansı pozulur. Havasız şəraitdə artan rütubət miqdarı astma kimi xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa paltardan ətrafa yayılan yuyucu toz qoxusu orqanizmə mənfi təsir göstərir.

Bütün bunları nəzərə alaraq, mütəxəssislər paltarları açıq havada qurutmağı tövsiyyə edirlər. Geyimləri evdə qurutmaq məcburiyyətində qaldıqda isə, otağın pəncərələrini açıq saxlamaq məsləhət görülür.

NÜBAR NİYAZİQIZI//ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ