12 Dekabr 2017
Çərşənbə axşamı

Xəngəl - Qış günlərinin sevilən yeməyininu nəcə hazırlamaq olar?

07.12.2017 14:22

Bu dəfə ATV.az oxucularına, əsasən soyuq qış günlərinin ən sevilən yeməklərindən biri olan xəngəlin hazırlanma qaydası haqqında məlumat verəcəyik.

Ərzaqlar:

Çəkilmiş ət – 200 qr.
Un – 400 qr.
Baş soğan – 200 qr.
Kərə yağı – 100 qr.
Qatıq – 200 qr.
Sarımsaq – 3-4 diş
Duz – zövqə görə

Hazırlanması:

Suya azca duz vururuq, ələnmiş unu töküb bərk xəmir yoğururuq. Xəmirdən 1-2 sm. qalınlığında yuxalar yayılır. Yuxalar romb şəklində doğranılır, sonra onlar bir-bir sacda, ya da quru tavada hər iki üzü pörtlədilir.
Çəkilmiş ət və soğana duz – istiot vurulur. Ət bişənə kimi tavada kərə yağında qovrulur.
Ayrıca bir qazanda 2 litr su qoyulur. Qaynayanda içinə duz atılır. Sonra xəngəllər suya tökülür və tam bişənə kimi qaynadılır. Bişən kimi suyu süzülür, xəngəllər boşqablara və ya siniyə çəkilir, üzərinə qiymə tökülür, sarımsaqlı qatıq və ya qurud səpilir və süfrəyə verilir. Bəzi rayonlarda qiyməni qızardılmış toyuq əti ilə əvəz edirlər, bəzilərində isə soyutma kartof əlavə edirlər.

Qeyd edək ki, üstünə yağ-soğanla qurud əlavə edilmiş qiyməsiz qiyməsiz xəngəl heçdə dad baxımından ətlə hazırlanmış xəngəldən geri qalmır.

NUŞ OLSUN!

Onu da qeyd edək ki, mütəxəssislər xəmir yeməyi olduğu üçün gec həzm olunan xəngəli yedikdən sonra gəzməyi, oturaq gün keçirməməyi məsləhət görürlər.

ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ