21 Fevral 2018
Çərşənbə

Mingəçevir kəndinin 4500 yaşı tamam olur - Qədim məkanın qəbrstanlığını Kür çayı yuyub aparıb

Maraqlı      14.02.2018 19:46

Yaranmasının 70-illiyini qeyd etməyə hazırlaşan Mingəçevirin yəqin çoxusu bilmir ki, 4500 yaşı var. 

Söhbət Mingəçevir şəhərinin Mingəçevir kəndindən gedir. ATV.az xəbər verir ki, tarixçilərin dediyindən də məlum olur ki, bu kənd elə Mingəçevir şəhəri salınarkən üzə çıxıb. 1948-ci ildə Su elektirik Stansiyasının tikintisinə başlanılan zaman ərazidə arxeoloji qazıntılar aparılıb. Nəticədə 40 minə yaxın tarixi tapıntılar aşkarlanaraq Milli Elimlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institunun tarix muzeyinə təqdim olunub. Hazırda Mingəçevir şəhərinin bir hissəsi olan kənddə, təxminən yaşı bir əsr olan ağaclardan başqa heç bir nişanə qalmayıb. Bir zamanlar Qafqazda ən böyük ticarət yolu üzərində yerləşən Mingəçevir kəndi mərkəz kimi qəbul olunurdu. Təbii amillərin təsirinə məruz qaldığından kənd dəfələrlə yerini dəyişib. Burdakı qəbristanlıq da su altında qalıb. Qeyd edək ki, hazırda Mingəçevir kəndinin 12 minə yaxın sakini var.

Vicay Cahangirli/ ATV.az


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Maraqlı

REDAKTORUN SEÇİMİ