17 Dekabr 2017
Bazar günü

Almaz Ələsgərli gələcək işləri haqda ATV.az-a danışdı - ÖZƏL

29.11.2016 11:10

Tanınmış müğənni Almaz Ələsgərlidən xəbər var. Müğənni gələcək işləri haqda ATV.az-a özəl açıqlama verib. 

- Yaradıcılığınızda nə yenilik var?

- Hazırda teatrda çalışıram “Bankir adaxlı”, ”Amerikalı kürəkən”, “Baladadaşın toy hamamı", "Molla Nəsrədinin 5 arvadı”,  “Arşın mal alan”, “Talelər qovuşanda” bu tamaşalarda oynuyuram.

 - Bəs müğənni kimi hansı yeniliklər var?

 - Retro mahnılar yazdırıram.

-“İnstaqram”da necə, aktivsiniz?

- Bəli, elə indi “İnstaqram”a baxırdım.

- "İnstaqram"da sizi izləməyən müğənni həmkərlarınızı izləyirsiniz?

- Təbii ki, izləyirəm. Həmkarlarımın məni izləyib-izləməməsinə heç fikir də vermirəm. 

- Hansısa həmkarınızla duet oxumağı planlaşdırırsınız?

- Əvvələr çox duet oxumuşam. Hazırda hansısa həmkarımla duet oxumağı planlaşdırmıram.

- Bir sıra müğənni həmkərlarınız "məhərrəmlik"dən sonra toyların azaldığını bildirilər. Bəs sizdə, toy barəsində vəziyyət necədir?

- Şükür Allaha, toylarım çoxdu. Bu barədə heç bir narazılığım yoxdur.

Ülviyyə Nurəddinova / ATV.az 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ