ritn
ritn
ritn
24 Mart 2017
Cümə

"Bir ana kimi arzulayıram ki, qızım..." - Tünzalə Ağayeva - FOTOLAR

20:02

Əməkdar artist Tünzalə Ağayevadan xəbər var. Müğənni ATV.az-a həm sənəti, həm də şəxsi həyatı ilə bağlı özəl açıqlamalar verib:

- Yaradıcılığınızda nə yenilik var?

-Xalq şairi Ramiz Rövşənin “Bir bu vaxt güzgüyə qoşa baxrdıq “adlı şeirnə mahnı bəstələdim. Mahnını iki həftədi tamaşaçılara təqdim etməyimə baxmayaraq, hədsiz dərəcədə sevilib.

- Hazırda hansısa həmkarınızla duet oxumaq planınız var?

- Dekabrın 3-ü dünya əlilər günü münasibətilə bir sosial layihə hazırlamışam. Layihənin adına uyğun olaraq, “Fərqliyəm, sizdən biriyəm” adlı mahnını 6 müğənni ilə birlikdə duet şəkilində oxumuşuq. Mahnını oxumaqda məqsədimiz əlil insanlara sevgimizi göstərmək, onlara yalnız olmadıqlarını, bizdən biri olduqlarını bildirməkdir.

-Səhnəyə ilk dəfə fərqli imiclə gəlmişdiniz, başı yaylıqlı. 2017-ci ildə necə, fərqli imic yaratmağı düşünürsünüz?

- Görnüşümdə qeyr-adi dərəcədə dəyişiklik etmək fikirim yoxdu. Amma, arada fərqlilik yaratmaq üçün yenə də o yaylıqlardan bağlayıram.

- Qızınız bu il tələbə adını qazandı. İncəsənət istiqamətinə yönəldi, yoxsa başqa istiqamət seçdi?

- Qızımın memarlığa böyük həvəsi var idi. Memarlıq sahəsini də seçdi. Bir ana kimi arzumdur ki, gələcəkdə qızım öz ixtisasını yaxşı bilsin, tanınmış memar olsun.

Ülviyyə Nurədinnova / ATV.az 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
02.12.2016 20:02
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ