17 Dekabr 2017
Bazar günü

Ariz Tarverdiyev: - "Bir nömrəli tənqidçilərim onlardı" - FOTOLAR

14.12.2016 10:55

ATV.az-ın "Bizim ATV" rublikasının bu dəfəki qonağı xəbərlər proqramının yeni siması olan Ariz Tarverdiyevdi. 

- Özünüzü təqdim edin.

-  1988-ci il 11 oktyabrda  Zəngəzurun məşhur Nüvədi kəndində doğulmuşam. Mən doğulandan təqribən 40 gün sonra digər həmyerlilərimiz kimi bizdə tarixi torpaqlarımızdan deportasiyaya məruz qalıb, Bakı şəhərinə köçmüşük. 2006-cı ildə Tərəqqi texniki-humanitar liseyini bitirib BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşam. 2010-cu ildə unveristeti bitirib, hərbi xidmətə yollanmışam. 

- Televiziyaya gəlişiniz necə oldu?

 - Magistaturada oxuyarkən mən də daxil olmaqla təqribən 10 nəfərə yaxın tələbəni prorektor çağırıb dedi ki, “ATV international” kanalında müsabiqə elan ediblər. Xarici dilləri bilən işçi axtarılır. Biz də bu xəbəri eşidib, ATV-yə gəldik. Burda bizi imtahan elədilər,  mətnləri tərcümə etdik, səsimizi yoxladılar. Bir ay sonra mənə zəng vurub dedilər ki, namizədlərin içindən sizi seçmişik, sabahdan etibarən gəlib təcrübəçi kimi işə başlaya bilərsiz. Qısa müddət sonra müxbir, tərcüməçi vəzifələrində işlədim, hətta bir müdət sonra fars dilində yayımlanan analitik-informasiya proqramının aparıcılığını da mənə həvalə etdilər. Sonra isə hazırda çalışdığım "ATV xəbər"dən mənə təklif gəldi və artıq beş ildir ki, ATV kanalında çalışıram.

- Xəbərləri aparıcısı kimi  ilk efir gününü necə xatırlayırsız?

- İlk efir günümdə çox həycanlı idim, yəqin ki, ekran vasitəsi ilə də həycanım hiss olunurdu.    .

- Siz digər aparıcılardan hansı dəsti- xətt ilə fərqlənəcəksiz?

- Bu kifayət qədər iddialı sualdır, iddialı da cavab tələb edir.  Kifayət qədər iddialı insanam, amma iddiam heç vaxt bacarıqlarımın hüdudunu aşmır. Əksi olan halda onun adı da başqa olur. Bir neçə aydır ki, aparıcı kimi efirə çıxıram. İndiki halda çalışıram ki, bu missiyaya bütünlüklə adaptasiya olum. Mən hesab edirəm ki, dəsti-xətt düzgün hesab etdiyin yeniliklərin tədricən tamaşaçılar tərəfindən qəbul olunub, məhz sənin adınla tanınmasıdır. Bunun üçün də bizim kifayət qədər vaxtımız var. Qısacası, bu haqda danışmaq məncə bir az tezdir.

- Hansı aparıcıları özünüzə nümünəvi hesab edirsiz?

- Desəm ki, hansısa aparıcıdan nəyisə nümunə götürmüşəm bir az düzgün olmaz. Bəzən də elə olur ki, kimdəsə bəyəndiyin hansısa nüans şüuraltına hopur, özündə bilmədən sənə siraət edir və kimdən götürdüyünün fərqinə belə varmadan, onu təkrar edirsən. Əlbəttə, dünya televiziyalarında bəyəndiyim kifayət qədər peşəkar aparıcılar var. Bu o demək deyil ki, mən yerli tele-aparıcıları bəyənmirəm. Doğma ATV kanalında kifayət qədər peşəkar aprıcılar olub və hazırda da var, çiyin-çiyin çalışırıq. Praktik cəhətdən nəyisə öyrənmək məsələsinə gəlincə, bir neçə il öncə mən Türkiyədə, TRT kanalında təcrübə mübadiləsində iştirak etmişdim. Təlimlərdə, praktiki məşğələlərdə Türkiyənin məşhur xəbər aparıcısı Fulin Arıkan bizimlə çalışırdı. Onu  hətta kiçik yaşlarımda belə ekranda görəndə çox bəyənirdim, intelektual səviyyəsi məni heyran etdi. Məsələn, praktik baxımdan, bədən dili, artikulyasiya məsələlərilə bağlı danışdığı çox faydalı şeylər yadımda qalıb. Onun mühazirəsindən etdiyim qeydləri hələ də saxlamışam. Hazırda o pedaqoq kimi çalışır. Mən hesab edirəm ki, Fulin Arıkan bizim xanım aparıcılarımız üçün də çox gözəl nümunə ola bilər.

 - Bəzi adamlar xəbərləri yalnız sosial şəbəkələr vasitəsi ilə izlədiyini bildirir. Bu fikirə münasibətiniz necədir? 

- İnsanı informasiyasız  təsəvvür etmək qeyri-mümkündü. Cəmiyyət içində hətta mən deyərdim ki, bu mümkün deyil. Yəqin  Robinzo Kruzo yadınıza gəlir. Kimsəsiz adada təkbaşına dəli olmaq hədinə gəlib çıxır. Filmdə isə hətta özündən yalançı bir televizor da düzəldib guya xəbərləri izləyirmiş kimi imitasiya edir. Bu onun tələbatıdır. İnformasiya insanın bir növ gündəlik tələbatıdır. Və bizdə təklif edirik ki, bu tələbatı bizimlə ödəyin (gülür). Səhər tezdən gözümüzü açandan, gecə yuxuya gedənə qədər beynimiz yüzlərlə informasiyanı qəbul edib, bəzilərini emal edir, bəzilərini bir neçə saniyə sonra silir. Bu proses mütamadi olaraq davam edir. Müasir dövrümüzdə  bilirsiniz ki, nə qədər informasiya mənbələri var.  İnformasiya saytları, çoxsaylı sosial şəbəkələr...

- Əlbəttə televiziya və qəzet klassik informasiya mənbələri sayılır. Amma mən hesab edirəm ki, televiziyadakı informasiya proqramları olmasa, cəmiyətdə xaos yaranar. Sosial şəbəkələr nə qədər operativ, nə qədər çevik informasiya mənbələri olsa da, heç bir halda televiziyadakı dəqiq xəbərləri əvəz edə bilməz. Bəzi insanlar ümumiyyətlə yerli televizyalardan xəbərləri izləmədiklərini deyirlər. Mən onların səmimiyyətinə qətiyyən inanmıram. Onlar saytlarda, sosial şəbəkələrdəki  informasiyanı axşam evdə xəbərlərdə gördükdə inanırlar. Çünki biz informasiyaya görə məsuliyyət daşıyırıq və bu bizim işimizdir. Demək istəyirəm ki, alternativ informasiya mənbələri televizyanın rolunu üstələmək iqtidarında deyillər. Ən azından hələki belədir.

- Gün ərzində neçə saat mütailə edirsiz?

- İşdən sonra çox yorğun oluram. Zehni əmək fiziki əməkdən iki qat ağır və çətindi. Amma hər bir halda məndə belə bir vərdiş formalışıb ki, yuxuya getməzdən əvvəl kitabı əlimə almamış yatmıram. O ki, qaldı nə qədər oxuya bilirəm, bu yuxunun tutmasından asılıdır. Bir cümlə də ola bilər, bir neçə səhifədə. 

- Bəs fars dilinə maraq sizdə necə yarandı?

- Bizim vaxtımızda universitetə sənəd qəbulu başqa cür idi. Əvvəl ixtisası seçirdin, sonra seçdiyin bala uyğun olaraq həmin yerə daxil olurdun. Mənim politoloq sahəsinə həvəsim var idi. İmtahandan sonra bu ixtisasa düşəndə bir az pis oldum. Amma  universitetdə müəllimlərim mənə  dili necə sevdirdilərsə, bu dilə marağım yarandı və sevindim ki, nə yaxşı ki, bu fakültəyə daxil olmuşam. 

 - Sizi nə təccübləndirə bilər?

 - Yaxşı sualdı. Mən çox nadir hallarda nələrəsə təccüblənirəm. Axırıncı dəfə nəyə təccübləndiyimi indi yadıma sala bilmirəm.

Ailə üzvləriniz necə, işinizlə bağlı məsləhətlər və iradlar bildirlər ?

- Atam və anam çox tələbkar insanlardır. Hər iksi ixtisaca filoloqdur. İşim onların sahəsinə yaxın olduğu üçün, efirimə baxıb hər hansı bir qüsur olduqda evə gedən kimi dərhal nöqsanlarımı deyillər. Ən uğurlu efirimdə belə kiçik bir nöqsan onların gözündən qaçmır. Mənim bir nömrəli tənqidçilərim ailə üzvlərimdir.

- Gələcəkdə necə televiziya sahəsində yoxsa öz ixtisasınız üzrə davam elətdirmək fikiriniz var?

 - Mənim ixtisasım hazırda çalışdığım işimə zidiyyət təşkil etmir, əksinə, onunla paralel bəzən köməklikdə göstərir. Jurnalist kimi fəaliyyətimdə daha çox Şərq ölkələrinən bağlı xəbərlər araşdırıram. Eyni zamanda işdən sonra tərcümə işlərinən də məşğul oluram . Elmi sahədə də fəaliyyətimi davam etdirirəm. Azərbaycan Elmlər Akademiyasının Şərqsunaslıq inistutunun disertantıyam.  

- Bildiyim qədəri ilə siz şeirlər də yazırsız. Şeir yazmağa həvəsiniz neçə yaşından yaranıb?

- Bəli, şeirlər də yazdığım vaxtlar olur arada. Ümumilikdə ədəbiyyatı çox sevirəm və məktəb vaxtından şeirlər yazıram. Yazdığım şeirlər ənənəvi yox, biraz fərqli janr və üslubdadı. "Hayku" şeirləri deyirlər, biraz onlara bənzəyir. Yapon ədəbiyyatında yayılan bir formadı. Məsələn, yadımda olanlardan bir neçəsini deyim:

***

Ölümdən qaçmaq üçün

torpaqdan qaçdım.

Dənizin ortasında

cəsədimi yandırıb

suya tökdülər. 

**********

***
Heç kim
anlamır
ağ vərəqə
yazdığım

şeirləri.
 

Müxbir: Ülviyyə Nurəddinova 

Foto: Səfiyar Məcnun 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ