17 Dekabr 2017
Bazar günü

"Dubayda dostlarımla möhtəşəm Yeni il keçirdik" - İzzət Bağırov

19.12.2016 01:17

Uzun müddətdir gündəmdən uzaq olan İzzət Bağırovdan xəbər var. Müğənni sənətindəki yeniliklər haqqında ATV.az-a danışıb:

- Yaradıcılığınızda nə yenilik var?

- 16-17 il bundan əvvəl yazdırdığım mahnıları yenidən aranjiman etdirmişəm. Yaxın günlərdə tamaşaçılara təqdim edəcəm. Bundan əlavə, bədii filim çəkməyə hazırlaşıram. Artıq filimin ssenarisini yazmışam, aktyorlar arasında rol bölgüsü aparmışam, yanvar ayından çəklişlərə başlayacam. 

2017-ci ildə hansısa həmkarlarınızla duet oxumaq fikiriniz var?

- Hazırda müğənni Yeganə ilə duet oxumağa hazırlaşırıq.  

- Yeni ili harda keçirəcəksiniz?

- Yeni il günü şou proqramlarda çıxış edəcəm, daha sonra evdə ailəmlə birlikdə qeyd edəcəm. 

- Ən unudulmaz yeni iliniz?

- 6 il bundan əvvəl Dubayda dostlarımla möhtəşəm bir Yeni il keçirdim. Bu vaxta qədər ən unudulmaz Yeni ilim o il oldu. İndiyə qədər o Yeni ili unutmamışam .

- Bəzi müğənniləri bu il toyların azaldığını bildirir, sizdə bu barədə vəziyyət necədir?

- Toylar bu il yox, artıq neçə ildi ki, azalıb. Toy bazarında durğunluq müşahidə olunur.

- Övladlarınızın musiqiyə marağı var?

- Övladlarımı hər hansısa musiqi alətini öyrənməyə qoymayacam. İstəmirəm müğənni olsunlar, mən çəkən əzabı onlarda çəksinlər. Böyük oğlumun idmana marağı var, onu idmana qoyacam. Amma arzumdur ki, övladlarımın üçüdə həkim olsun.

 - Sosial şəbəkələrdə adınıza açılan saxta profillər çoxdur, bununla bağlı nə deyərdiniz?

- Bəli, dəhşət dərəcədə çoxdur. Neçə profilləri şikayət elətdirib bağlatdırmışam. Elə profillər var ki, tapıram sahibini, deyir ki, fanatam, adından kiməsə nəsə yazmıram, sənin şəkillərini paylaşıram. Ona görə belə adamlara nəsə demirəm. Fikirləşirəm ki, istədiyindən edir.

 Ülviyyə Nurəddinova / ATV.az 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ