ritn
ritn
ritn
20 Oktyabr 2017
Cümə

İlham Əliyevin səfəri başa çatdı

00:50

“İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk”. 

Bunu oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib

Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır.

Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik.

Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır”.

İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb

Sonra sənədlər imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası işini yekunlaşdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfəri həmin gün başa çatıb.


Bu xəbərləri də oxu

Rus modelin yalanı məlum oldu - Onun da bədəni təbii deyil - FOTOLAR

Mehriban Xanlarova üçün - "Maşın" əldən getdi

Qaçqın düşərgəsindən Hollivud səhnələrinə... - FOTOLAR

Oxunma sayı:
11.10.2014 00:50
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ