21 Fevral 2018
Çərşənbə

Dünya liderləri prezident İlham Əliyevə başsağlığı verir

Siyasət      09.12.2015 17:50

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevə Xəzər dənizindəki platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

  ATV.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:

 Hörmətli İlham Heydər oğlu,

Xəzər dənizindəki platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 Həmçinin Qazaxıstanın prezidenti Nursultan Nazarbayev, N.K.Baybakov adına İqtisadi İnkişafa Dəstək Fondunun prezidenti Valeri Serov, Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi, Avropa Şurasının baş katibi Torbörn Yaqland, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də  "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş hadisə ilə bağlı prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı veriblər.


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ