19 Yanvar 2018
Cümə

Səfirlik: - ABŞ-ın Azərbaycana dair viza siyasəti dəyişməyib

Siyasət      22.01.2016 17:58

"ABŞ Viza Veyver (Visa Waiver) Proqramında dəyişiklikləri tətbiq etməyə başlayıb. Amma Azərbaycana dair viza siyasəti dəyişməyib". 

ATV.az xəbər verir ki, bunu "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər. 

Xatırladaq ki, ABŞ hökuməti son 5 ildə İran, İraq, Suriya və Sudana səfər etmiş Avropa ölkələri vətəndaşlarına viza verilməsi şərtlərini sərtləşdirir. Məlumata görə, ikinci vətəndaşlığı adları çəkilən dövlətlərdən birindən olan Avropa İttifaqı ölkələrinin vətəndaşlarına əlavə şərtlərin tətbiqi nəzərdə tutulub.

Bu tədbirlər terrorçu İŞİD qruplaşması sıralarında döyüşmüş Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarına şamil olunacaq. Bu kimi məsələlərdə şübhəli bilinməyən avropalılar üçün ABŞ-a vizasız rejim qüvvədə qalacaq.


Bu xəbərləri də oxu

Rusiyada məktəblilərə növbəti hücum - Balta ilə məktəbə gəldi 7 nəfəri yaraladı - VİDEO

Britaniya parlamentinin deputatı canlı efirdə yatdı, sonra isə... - VİDEO

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Oxunma sayı:

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ