15 Dekabr 2017
Cümə

Prezident İlham Əliyev Soçidə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

11.10.2017 16:09

ATV.az Trend-ə  istinadən xəbər verir ki, Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər. Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başladı.

İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğuladı ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində əlaqələrin inkişafına yönələcək. Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğuladı, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd etdi ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub.

ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ