ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

AŞPA-nın sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul edilib

17:25

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Azərbaycana dair hesabatlar üzrə iki qətnamə qəbul edilib.

ATV.az Azərtac-a istinadən  xəbər verir ki, həmməruzəçilər Stefan Şennakın və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” hesabatı üzrə qətnamənin lehinə 117 deputat, əleyhinə 18 deputat səs verib.

Belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” adlı hesabat üzrə qətnamə isə 114 səs lehinə, 24 səs əleyhinə olmaqla qəbul edilib. Alen Deteks sessiyada olmadığından onu məruzəçi qismində ukraynalı deputat Olena Sotnik əvəz edib.

Məruzəçilər Azərbaycana səfərləri, keçirdikləri görüşlər barədə danışıb, hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. “Biz səfər zamanı Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin şahidi olduq. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”, - deyə Stefan Şennak bildirib.

ATV.az

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
11.10.2017 17:25
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ